Fontu böyüt:
Yaxın 12 ayda texnoloji şirkətlərin 84 faizi data-mərkəzlərin transformasiyasını (DMT) planlaşdırır. Bu tədbir xərclərin və kommersiya risklərinin azalmasına yardım etməlidir.
HP şirkətinin sifarişilə keçirilmiş sorğunun nəticələri göstərir ki, hazırda informasiya texnologiyalarına cavabdeh olan əməkdaşların əksəriyyəti mərkəzləşdirmə, fəaliyyətin fasiləsizliyi və virtuallaşdırma üzrə layihələri tətbiq edir və ya tətbiq etməyi planlaşdırır.
HP şirkəti DMT üzrə təşəbbüsləri dəstəkləmək məqsədilə data-mərkəzlərin transformasiyası üzrə beynəlxalq seminarlar keçirəcək. Seminarlar texnoloji inkişaf strategiyalarını məhz biznesin konkret tələblərilə uyğunlaşdırmaq üçün imkan yaradacaq.