21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir
İnternet aləminin ən məşhur sosial şəbəkələrindən olan "Facebook" ölkələr üzrə rəsmi statistika hazırlayıb. Qaynar.info xəbər verir ki, hesabatda Azərbaycan 203720 istifadəçisi ilə 212 ölkə arasında 97-ci yerdə qərarlaşıb. Bunların 125 min 320 nəfəri kişi (62%), digər 75 min 400 şəxsi isə (32%) qadınlardır. Siyahıda irəliləmə müşahidə olunub, çünki son üç ayda ( iyulun 1-dən sentyabrın 1-dək) 29 460 əlavə azərbaycanlı "Facebook"a qoşulub və bu göstərici ilə 14.46 % çoxalmağa doğru inkişaf tempi qeydə alınıb. Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir. Çünki onlar ümumi ölkə üzrə istifadə edənlərin 48%-ni təşkil edirlər. Maraqlı cəhət bundan ibarətdir ki, yaşı 65-dən çox olan azərbaycanlılar "Facebook"da 1% təşkil edirlər. Sosial şəbəkənin ölkədəki daxilə enmə nüfuzu 0% -lə qiymətləndirilib, ölkənin onlayn popuryarlığının nisbəti faizi isə göstərilməyib.
Qafqaz ölkələri ilə müqayisədə yalnız Azərbaycan Ermənistanı geridə qoyur. Ermənistan 79 200 istifadəçi ilə 125-ci yerdədir. Digər Qafqaz ölkələri olan Rusiya 1 592 000 isitfadəçisi ilə 52-ci, Gürcüstan 358 320 istifadəçi sayına görə 86-cı yerdədir. Bu göstəricilər hər an dəyişə bilir. "Facebook" rəhbərliyi bu götəriciləri avtomatik qoşulmuş sayğacla özü tənzimləyən sistemlə hesablayır. Bununla da ölkələrin siyahıda gösətircilərə əsasən enməsi və yüksəlməsi, yerlərini dəyişməsi baş verir.
Hal-hazırda dünya üzrə "Facebook" istifadəçilərinin sayı 524 milyon 066 min 560 nəfərdir. Göstəricilərin rəqəmlər qitələr üzrə bölündükdə belə nəticəyə gəlinir:
1. Şimali Amerika 169 milyon 723 min 960 istifadəçi
2. Cənubu Amerika 49 milyon 257 min 840 istifadəçi
3. Avropa 159 milyon 427 min 860 istifadəçi
4. Asiya 105 milyon 631 min 400 istifadəçi
5. Afrika 17 milyon 818 min 380 istifadəçi
6. Avtraliya və Okeaniya 11 milyon 408 min 140 istifadəçi
mənbə: Qaynar.info