Fontu böyüt:
Türkiyədə kibercinayətkarlıqla məşğul olan 14 adam həbs edilib. Şəbəkənin sağlamlıq, təhlükəsizlik, təhsil xidməti göstərən təşkilatların, beynəlxalq təşkilatların, Microsoft proqramları və NASA-ya aid internet saytlarını dağıtdığı, kredit kartı istifadə edən ticarət saytlarından kredit kartı və fərdi məlumatların oğurladığı aşkarlanıb.
Şəbəkə saxta internet saytları yaradaraq vətəndaşların kart bilgilərini toplayıb.Tutulan şəxslər kredit kartı ilə alış-veriş edib, sonra saxta ünvanlar göstərərək malları təslim alıb. Kayseri Təhlükəsizlik İdarəsi tutulan şəxslərin istifadə etdiyi və özlərinin yaratdığı saytların siyahısını açıqlayıb:
www.onlinebillet.com, www.kontorat.com, www.taksitlikontor.net, www.taksitli-kontor.com, www.kontor-yolla.com, www.vatkontor.com, www.sanalkontorr.com, www.linekontor.com, www.onlinekontor.at, www.kontorlamatik.com, www.kontoryüklematik.com, www.kontormatik.com, www.cicekiletişim.com, www.hemenkontor.at, www.avrupailetişim.net, www.hemenkontorat.com, www.kyukle34.com.
Qeyd edək ki,Kibercinayətkarlıqla məşğul olan şəbəkə indiyənədək 52 min veb-saytı dağıdıb, 200 min kredit kartının şifrələrini ələ keçirib.
Məlumat üçün bildirək ki, həbs edilən şəbəkə üzvləri arasında vaxtilə Amerikanın bir çox internet saytlarını,Google-ni,Microsoftun bir çox domenlərini hacklayan Agd_Scorp ləqəbli haker də var. Ən maraqlı fakt isə bir vaxtlar həmin bu hakerin müxtəlif bloglarda dəfələrlə kredit kart şifrələrinin oğurlanmasına qarşı məqalələrlə çıxış etməsidir.