Fontu böyüt:
Google şirkəti şəkil və yeniliklərdə axtarış üçün yeni alətlər hazırlayıb. Yeni alətlər Google Labs araşdırma bölməsinin bazasında işləyəcəklər.
Bu barədə Google`un rəsmi bloqunda xəbər verilir. Şəkillərdə axtarış üçün yeni alət Similiar İmages adlanır. Bu sistem daha dəqiq axtarış etməyə köməkçi olacaq.
Məsələn: Paris sözünü axtararkən Eyfel qülləsinin şəklini seçməklə sistemə yalnız qüllənin rəsmləri olan şəkilləri axtarmaq əmri vermiş olursunuz. Qalan rəsmlərsə sorğuda çıxmır.
Yenilik axtarış sistemi isə News Timeline adlanır. Sistem xəbərləri mənbələrə uyğun olaraq sıralayır. Həmçinin xəbərlərin ayı, ili də nəzərə alınır.