Təhsil nazirliyi təhsillərini ötən il bitirən ölkənin ali məktəb məzunlarının elektron bazasının yaradılması üzrə işlərin başa çatdığını elan edib.
Təhsil nazirliyi təhsillərini ötən il bitirən ölkənin ali məktəb məzunlarının elektron bazasının yaradılması üzrə işlərin başa çatdığını elan edib.
Nazirliyin məlumatına görə, yaradılan informasiya bazası dövlət idarələri üçün də əlçatan olacaq. Bununla da işə qəbul zamanı bakalavrın şəxsi işi ilə tanış olma prosedurunu sadələşdirəcək.
Ali məktəb məzununun müəyyənləşdirilməsi prosesi diplom nömrəsinə görə həyata keçiriləcək.
İnformasiya bazası TİMS-ə (təhsil sisteminin informasiyalaşdırılması idarəsi) verilib və yaxın vaxtlarda portal.edu.az təhsil portalı istifadəyə veriləcək.