2011-2012-ci tədris ilində müəllimlərin işə qəbulunun elektron sistemi ölkənin müxtəlif bölgələrinə yayılacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verir.
2011-2012-ci tədris ilində müəllimlərin işə qəbulunun elektron sistemi ölkənin müxtəlif bölgələrinə yayılacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verir.
Sistem elektron ərizələrdən istifadəni, elektron imtahanların verilməsini və elektron yerləşdirməni nəzərdə tutur. İşə elektron qəbul mexanizmi şəffaflığı və bu prosesin obyektivliyini təmin etməyə xidmət edir. Qiymətləndirmə hər hansı bir insan faktorunun iştitakı olmadan həyata keçiriləcək. İmtahanın nəticələri vakansiyaya namizədin şəxsi elektron ünvanına göndəriləcək.
İndiyə kimi ümumtəhsil məktəblərində 1000 vakant yerə 9850 müəllim ərizə verib. Baxmayaraq ki, onların cəmi 10%-i işlə təmin olunublar, bununla bağlı heç bir şikayət daxil olmayıb.