Fontu böyüt:
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə sabiq millət vəkili Rizvan Cəbiyev "İnformasiya cəmiyyətində jurnalistikanın problemləri” mövzusunda, Meqa şirkətinin meneceri Qabil Qasımov “İnternetdə axtarış və jurnalistlər üçün informasiya resursları” mövzusunda jurnalistlər qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Növbəti –sonuncu Treninqdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “İnternet Jurnalistika” mövzusunda məruzə ilə çıxış edəcək.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az