İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Regional televiziyalar MTRŞ-ın qərarına əməl etmir

13.01.2009 [18:08]

Fontu böyüt:      

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2009-cu il yanvarın 1-dən ölkə ərazisində fəaliyyət göstərən bütün televiziya kanallarında Azərbaycan dilində yayımlanmayan filmlərin qadağan edilməsilə bağlı qərarına region televiziyaları əməl etmir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2009-cu il yanvarın 1-dən ölkə ərazisində fəaliyyət göstərən bütün televiziya kanallarında Azərbaycan dilində yayımlanmayan filmlərin qadağan edilməsilə bağlı qərarına region televiziyaları əməl etmir.

   APA-nın Zaqatala bürosunun məlumatına görə, bu bölgədə yayımlanan "Aygün" TV MTRŞ-nın qərarını pozaraq, "Kurdlar Vadisi Pusu" və "Min bir gecə" seriallarının yayımını davam etdirir. Yeni ilin ilk günlərində "Aygün" TV sözügedən serialların yayımını dayandırsa da, son günlər yayımı yenidən bərpa edib.

  Lənkəran bürosunun məlumatına görə, bu bölgədə fəaliyyət göstərən və 20.00-dan 01.00-a qədər yayımlanan "Cənub" TV də "Bir İstanbul masalı" və "Kurdlar vadisi" seriallarını türk dilində efirə verməkdə davam edir.

  Qeyd edək ki, sözügedən kanal cənub bölgəsi də daxil olmaqla, Mil-Muğan bölgəsi və Aran rayonlarında yayımlanır. Mingəçevirdə fəaliyyət göstərən MTV də türk seriallarının yayımını davam etdirir. Hazırda bu regional kanalda üç türk serialı - "Sağır oda", "Pusat" və "Küzey rüzgarı" türk serialları yayımlanır.

  Gəncə bürosundan məlumatında isə bildirilir ki, qərb bölgəsində fəaliyyət göstərən üç televiziyadan ikisi - Gəncədə fəaliyyət göstərən "Kəpəz TV" və Tovuzda fəaliyyət göstərən "Simurq" TV ("SmTV") MTRŞ-nin qərarına tabe olaraq türk seriallarının yayımını dayandırıb. Lakin Gəncədə fəaliyyət göstərən digər televiziya "Alternativ TV" dünən və srağagün Kamal Sunalın baş rol aldığı türk bədii filmləri nümayiş etdirib.

  "Aygün TV"-dən bildirilib ki, MTRŞ-nın qərarı telekanala rəsmi şəkildə yanvarın 8-də daxil olduğundan qərara bu gündən əməl olunacaq. Televiziyadan o da bildirilib ki, MTRŞ-nın regional telekanallara bu problemlə bağlı bəzi güzəştlər etməsi məqsədəuyğun olardı: "Çünki regional televiziyaların əcnəbi filmləri dublyaj etmək üçün heç bir maddi-texniki imkanı yoxdur".

   MTRŞ üzvü Qafar Cəbiyev isə qeyd edib ki, şuranın qərarı Azərbaycan ərazisində fəaliyyət göstərən bütün telekanallara, o cümlədən regional televiziyalara aiddir. Q.Cəbiyev deyib ki, regional kanalların yol verdiyi qanun pozuntusundan MTRŞ-nın xəbəri var və yaxın günlərdə keçiriləcək iclasda bununla bağlı ciddi müzakirələr aparılacaq.

  Q. Cəbiyev etiraf edib ki, MTRŞ-nın regional kanallara tam nəzarət etmək imkanı yoxdur: "Bakıda oturub, regional kanalların monitorinqini aparmaq qeyri-mümkündür. Biz bir neçə əməkdaşımızı bölgələrə ezam etmişik ki, regional televiziyaların xəbəri olmadan onların monitorinqini aparsınlar.

  Bununla yanaşı, Şura bəzi yerli qurumlara da regional televiziyalarda yol verilən qanun pozuntularını müəyyənləşdirmək üçün müraciət edib". Q. Cəbiyev onu da əlavə edib ki, MTRŞ Nazirlər Kabinetinə regionlarda Şuranın regional monitorinq mərkəzlərinin yaradılmasının tezləşdirilməsi üçün müraciət edib.

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar