İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Özü onlayn, xidməti offlayn olan milli domenlərin qeydiyyat sistemindən Açıqlama

25.12.2014 [12:40]

Fontu böyüt:      

.az zonasında olan milli domen adlarının qısa vaxt ərzində, çox asanlıqla əldə edilməsi üçün fəaliyyətə başlayan Onlayn qeydiyyat sistemi - Online.az xidməti tam gücü ilə işləmir.

.az zonasında olan milli domen adlarının  qısa vaxt ərzində, çox asanlıqla əldə edilməsi üçün fəaliyyətə başlayan Onlayn qeydiyyat sistemi - Online.az xidməti tam gücü ilə işləmir.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, hazırda saytda domenlərin onlayn qeydiyyatı üçün ödəniş bölməsi istifadəçilərin üzünə qapalıdır.

Xidmətin özü onlayn olsa da, amma alışı, ödənişi offlayn şəkildə fəaliyyət göstərir.
Belə ki, istifadəçilər  “.az” zonasında onlayn şəkildə ölkənin istənilən yerindən milli domen adın qeydiyyatı imkanından istifadə edə bilmir.

Məsələylə bağlı Sahil-İT şirkətinin rəhbəri, ekspert Vahid Qasımov Xeberler.az-a bildirib ki, Online.az saytı hətta işlədiyi vaxtlarda belə istifadəçiləri bu problemlərlə üz-üzə qoyurdu. O, vurğulayıb ki, istifadəçilər onlayln qeydiyyat zamanı ödənişi oflayn formada edirdilər.

Vahid Qasımovun sözlərinə görə, domen istifadəçisi ödəniş üçün ofisə getməlidirsə, onda onlayn sistemin heç bir faydası yoxdur: “Onlayn ödəniş olmadıqdan sonra, offlayn sistemin ümidinə qalırıq. Bu zaman Online.az saytının heç bir funksionallığı olmur. Əgər ödəniş üçün mən ofisə getməliyəmsə, onda onlayn sistemin heç bir faydası yoxdur”.

Ekspert  online.az saytında qeydiyyat sistemində ödəniş bölməsinin işləməməsini mənfi hal kimi qiymətləndirib: “Qarşıdan Yeni il həftəsi gəlir və bir həftəyə yaxın heç bir müəssisə işləməyəcək. Beləliklə, onlayn ödəniş olunsa belə, bu bir həftə ərzində onu heç kim təsdiqləməyəcək. Və “.az” zonasında olan domenlər qeydiyyata alınmayacaq və yenilənməyəcək. Vaxtı bitən domenləri isə aktiv etmək mümkün olmayacaq. Ona görə də, online.az saytında domenlərin onlayn qeydiyyat sistemində onlayn ödəniş bölməsinin işləməməsi mənfi hal kimi qiymətləndirirəm”.

Məsələylə bağlı Online.az  - Onlayn qeydiyyat sisteminin rəhbərliyindən Xeberler.az-a bildirib ki, hazırda saytın qeydiyyat sistemindəki problemin aradan qaldırılması üçün işlər görülür: “Saytdakı problem tezliklə aradan qaldırılacaq.  Domen istifadəçiləri ödənişi onlayn şəkildə həyata keçirə biləcəklər”.

Online.az saytı  .az ölkə kodlu domen adların domen adların onlayn qeydiyyatı .az domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tətbiq edilir.

                                                                                                 Mirvari Nəcəf


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar