İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda Yay Kompüter düşərgəsinin açılış mərasimi keçirilib

03.07.2009 [13:38]

Fontu böyüt:      

Düşərgənin təşkilati dəstəyi isə HP, ULTRA, PCMagazine & Mina Group və British Council-a aiddir. Düşərgənin rəhbəri tanınmış müəllim Ramin Mahmudzadədir.

Bu gün akademik Zərifə Əliyeva adına məktəbdə təşkil olunan Yay kompüter düşərgəsinin açılışı keçirilib. Yay kompüter düşərgəsi “Microsoft Azərbaycan” şirkəti və “İNFOMAS” qeyri-hökumət təşkilatı tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin yardımıyla təşkil olunub.

Düşərgənin təşkilati dəstəyi isə HP, ULTRA, PCMagazine & Mina Group və British Council-a aiddir. Düşərgənin rəhbəri tanınmış müəllim Ramin Mahmudzadədir.

31 iyul tarixinədək davam edəcək Yay kompüter düşərgəsində 7-10 sinifləri təmsil edən 75 məktəbli iştirak edir. Yay kompüter düşərgəsinin yaradılmasında əsas məqsəd yetişən nəslin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərinin inkişaf etdirilməsi, informatikanın riyazi əsaslarını öyrənmək və informatika sahəsində tədqiqat işini aparmaq marağının aşılanması, istedadlı gənclərin məqsədli axtarışı və onların bacarıqlarının inkişafı və s.-dir.

Düşərgə çərçivəsində məktəblilər maraqlarından asılı olaraq informasiya texnologiyaları ilə məşğul olacaq bir neçə qrupa bölünüblər. Düşərgə çərçivəsində proqramlaşdırma, veb-hazırlıq, multimediya-texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanaları fəaliyyət göstərəcək. Düşərgədə məktəblilərə məşğələləri təcrübəli informatika müəllimləri, həmçinin proqramlaşdırma üzrə peşəkar mütəxəssislər keçəcək. Bundan əlavə, “British Council” təşkilatının müəllimləri onlara ingilis dili dərsini keçəcəklər. Düşərgə iştirakçıları həmçinin mədəni proqramda da iştirak edəcəklər və hər həftə ekskursiyaya gedəcəklər.

Düşərgənin rəhbəri Ramin Mahmudzadənin sözlərinə görə, əhatəli cəlb olunma uşaqların informatika sahəsindəki biliklərini nəzərə çarpan dərəcədə artırmağa imkan verəcək.

“Məqsədimiz hər bir məktəblini müəllimlə bərabər hüquqlu anlaşma prosesinə cəlb etməkdir. Bu cür yanaşma məktəblilərə düşərgənin proqramını daha asan və sərbəst şəkildə öyrənməyə və yaşıdlarılə bir komandada maraqlı layihələri yaratmağa imkan verəcək”, deyə R.Mahmudzadə qeyd etdi.

Onun sözlərinə görə, hər günün sonunda “refleksiya saatı” olacaq. Bu zaman uşaqlar öz yaşıdlarılə ötən günü və əldə etdikləri bacarıqları müzakirə edəcəklər. Düşərgə bitəndən sonra hər bir iştirakçı informasiya texnologiyalarını özünün etibarlı köməkçisinə çevirə biləcəyinə R.Mahmudzadə ümid etdiyni bildirdi.

R.Mahmudzadənin sözlərinə görə, düşərgə çərçivəsində tədris prosesi şərti olaraq dörd mərhələyə bölünəcək. İkinci həftədən başlayaraq qruplarda mini-müsabiqələr keçiriləcək. Həmin müsabiqələr zamanı ən yaxşı məktəblilər seçiləcək. Üçüncü həftə qruplar arasında yarışların keçirilməsi planlaşdırılır. Düşərgə başa çatdıqdan sonra məktəblilər layihələr vasitəsilə öz yeni bacarıqlarını ictimaiyyətə, habelə öz valideynlərinə nümayiş etdirəcəklər.

Yay kompüter düşərgəsi zaman İnformatika üzrə məktəblilərdən ibarət Azərbaycanın olimpiya komandası da xüsusi proqram üzrə təlim keçəcək. Komanda avqust ayında Bolqarıstanda keçiriləcək məktəblilər arasında Informatika üzrə Beynəlxalq Olimpiadaya hazırlaşacaq.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar