İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Osman Gündüz: «sosial media hansısa inqilabda katalizator ola bilər, amma əsas ola bilməz»

13.03.2013 [18:47]

Fontu böyüt:      

Eynulla Fətullayev rəhbəri olduğu haqqın.az saytında yaydığı məqalədə Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə “facebook inqilabı”nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib.
Eynulla Fətullayev rəhbəri olduğu haqqın.az saytında yaydığı məqalədə Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə “facebook inqilabı”nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib. Məqalədə həmçinin Azərbaycanda olduğu üç il ərzində institutun rəhbəri Aleks Qriqoryevsin yerli banklardakı hesabından təxminən 2 milyon dollara yaxın pul çıxartdığı, lakin həmin pulun hansı istiqamətdə xərclənməsi ilə bağlı institutun rəsmi saytında heç bir məlumat verilmədiyi qeyd olunur.
Azərbaycan Diplomatik Akademiyasının dosenti Elnur Soltanov isə “Facebook inqilabı”nın mümkünlüyünə inanmır: “İnandırıcı deyil. Göstərilən pul çox cuzi miqdardır, həm də Azərbaycan gerçəkləri ilə müqayisədə 2 milyon heç bir şeydir. Bu niyyətlə ortaya pul atılıb-atılmadığını bilmirəm, amma əgər atılıbsa, bu qədər kiçik miqdarla belə hadisəni reallaşdırmaq qeyri-mümkündü. Bunu ABŞ-ın marağı kimi qələmə vermək olmaz. ABŞ üçün Azərbaycanla strateji əməkdaşlıq daha sərfəlidir. Bəzi səhvlər ola bilər. Yenə deyirəm vəsait o qədər azdır ki, bu, ciddiyə alınacaq bir şey deyil fikrin emprik qaynağını, haradan qaynaqlandığını demək lazımdır”. 
E.Soltanovun sözlərinə görə, facebook-un istifadəsi pula bağlı bir şey deyil: “Facebook inqilabı ortaya pul qoymaqla reallaşdırıla biləcək bir şey deyil. Azərbaycanda inqilaba ehtiyac varmı, yoxmu bu başqa mövzudu. Düşünürəm ki, Azərbaycanda ən yaxşı variant dialoqdur”. 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz facebook-un yalnız katalizator ola biləcəyini deyir: “Ərəb ölkələrindəki inqilablardan sonra belə bir termin yayıldı – sosial media inqilabı. Düşünmürəm ki, sosial media inqilab edə bilər, bunlar yanlış təsəvvürlərdir. Sadəcə, insanlar sosial media vasitəsilə daha çox xəbərləşə, daha çox sosiallaşa bilər. İntensiv əlaqə qura bilirlər. Sosial media hansısa inqilabda katalizator ola bilər, amma əsas ola bilməz. İnqilab üçün sosial, siyasi, iqtisadi səbəblər olmalıdır. Sosial mediadan istifadə edir, müzakirələr aparırlar, bu da normal bir haldır”. 
Politoloq Cümşüd Nuriyevin fikrincə isə E.Fətullayevin iddiasının ciddi əsası ola bilər: “Mən Eynulla Fətullayevi araşdırmaçı jurnalist kimi tanıyıram. Onun əlində yoxlanmış, ciddi məlumat olmasa onu yazmaz. O yazını mən də oxudum və orada göstərilən miqdarların Açıq Demorkatiya İnstitutu vasitəsilə xərclənməsinə şübhə etmirəm. Vəsaitlərin ayrılması ona görə lazımdır ki, gəncləri təşkilatlandırmaq, həbs olunanda onları maddi baxımdan təmin etmək və s. bu kimi işlər mümkün olsun. Ciddi və düzgün informasiyadır”.
C.Nuriyev təklif edir ki, Azərbaycanın daxili işinə qarışdığına görə Xarici İşlər Nazirliyi tədbir görməlidir: “Milli Təhlükəsizliyə toxunacaq hər hansı hal olarsa, dövlət bununla bağlı tədbir görməlidir. Ona görə yaxşı olar ki, bu informasiyalar dəqiqləşdirilsin. O institutun Azərbaycandakı nümayəndəliyi də araşdırılsın”.
Yazının müəllifi Eynulla Fətullayev isə fikirlərinin üstündə qalır: “Mən hamısını yazımda qeyd etmişəm. Kim nə deyir-desin mən öz fikirlərimi yazmışam və üstündə dururam”.
Fatimə Kərimli, hafta-ichi.az

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar