Fontu böyüt:
Texnologiyanın inkişafı sayəsində gizli heç nə qalmır. Hər yerdə yerləşdirilmiş müxtəlif kameraların köməyi ilə təhlükəsizliyimiz qorunur. İndi isə insanları izləmək üçün tamam fərqli bir üsul tapılıb.
Biz Bluetooth-dan ancaq məlumat göndərmək üçün istifadə edirik. Lakin araşdırmaçılar Bluetooth texnologiyasından faydalanmağın fərqli yollarını tapıblar. Onlar Avropadakı Rok festivallarına qoşulan minlərlə adamın hərəkətlərini izləyərək araşdırma məlumatı əldə etməyi planlayırlar.
Belçikadakı Ghent Universitetindən olan bir neçə araşdırmaçı xüsusi və təhlükəsizlik sektoru üçün əhəmiyyətli araşdırma nəticələri əldə edə biləcəyini düşünür. Xüsusilə peyk naviqasiyasının köməyi ilə müəyyən nəticələr əldə etmək olar. Universitetdən Nico Van da Weghe, Brükselin şimal-şərqində ediləcək Werchter Festivalı üçün 36 ədəd Bluetooth skaner yerləşdirdiklərini söyləyib.
Bu skanerlər festival sahəsinə, ətraf yollara və avtobus dayanacaqlarına yerləşdirilib. 30 metr əhatəsində Bluetoothlu cib telefonlarını izləyən skanerlər sıx kütlələrin hərəkətlərini qeydə alacaq.
Van Weghe “Bluetooth ilə hərəkətləri izləmək çox maraqlı ola bilər. Satıcılara fərqli zamanlarda müştəri sayını öyrənmə imkanı təqdim edə bilər” deyir.
Belə bir araşdırma canlı məlumat toplanmasını, izdiham, insan kütlələrinin fövqəladə hallarda necə davrandığını ölçmə imkanı təqdim edir. Araşdırma komandası insanların fərdi məlumatlarının toplanmayacağını, yalnız cihazların MAC ünvanı ilə təqib ediləcəyini açıqlayıb.