Fontu böyüt:
Dünyada mobil rabitə abunəçilərinin sayı 4 miyard 800 milyon nəfəri ötüb.
Xeberler.az Milli.Az xəbər portalına istinadən xəbər verir ki, bunu Qlobal Mobil Tədarükçülər Birliyi (GSA) açıqlayıb. Birliyin hesabatında deyilir ki, 3G-dən daha sürətli təmas imkanı yaradan 4G (Fourt Generation/dördüncü nəsil, yaxud da LTE/Long Term Evolution) investisiyaları da dayanmadan artır. Ötən iki ildə dünyanın 70 ölkəsindəki 180 operator 4G-yə investisiya yatırıb, 17 4G şəbəkəsi istifadə verilib.
Dünyada 4G xidmətinə başlayan ölkə, operator və xidmətin istifadə verilmə tarixləri belədir:
1 Norveç - TeliaSonera 15.12.2009
2 İsveç - TeliaSonera 15.12.2009
3 Özbəkistan - MTS 28.07.2010
4 Özbəkistan - UCEll 09.08.2010
5 Polşa - Mobyland and CenterNet 07.09.2010
6 ABŞ - Metro PCS 21.09.2010
7 Avstriya - A1 Telekom Avusturya 05.11.2010
8 İsveç - TeleNor İsveç 15.11.2010
9 İsveç - Tele2 İsveç 15.11.2010
10 Honq Konq - CSL Limited 25.11.2010
11 Finlandiya - TeliaSonera 30.11.2010
12 Almaniya - Vodafone 01.12.2010
13 ABŞ - Verizon Wireless 05.12.2010
14 Finlandiya - Elisa 08.12.2010
15 Danimarka - TeliaSonera 09.12.2010
16 Estoniya - EMT 17.12.2010
17 Yaponiya - NTT DoCoMo 24.12.2010.
2011-ci ildə isə 40-dan artıq operatorun 4G xidmətinə başlayacağı gözlənilir.