Fontu böyüt:
Cənubi Koreya hökumət agentliyi və internet təhlükəsizliyi firması Amerika və Koreyada saytları yavaşladan kiber hücumların yeni bir mərhələyə daxil olacağını bildirib. Fərdi kompüterlərə təşkil ediləcək və sabit diskləri siləcək hücumlar gözlənilir.
Cənubi Koreyanın qabaqcıl təhlükəsizlik firmalarından olan "Ahnlab" vəziyyəti izləyib və analiz edib. Firma bu yeni mərhələnin on minlərlə kompüterə təsir edəcəyini açıqlayıb. Kiber hücumlara məruz qalmış kompüterlərdəki məlumatlar itəcək və bu kompüterlər açılmayacaq.
Şimali Koreya da şübhəlilərin içindədir. Buna baxmayaraq adı hücumların qaynaqlandığı beş ölkə sırasına düşməyib. Beşliyə daxil olan ölkələr bunlardır: Avstriya, Gürcüstan, Amerika və Cənubi Koreya.
İndiyə qədər edilən hücumlar böyük ziyan və ya təhlükəsizlik riski meydana gətirməyib. Ancaq hökumət saytlarını hədəf alan hücumlar böyük bir əks-səda yaradıb. Buna görə, Şimali Koreyadakı saytlardan qaynaqlanan dəlil tapılmasa da, şübhələr dəyişməyib.