Fontu böyüt:
Dizüstü kompüterlərin ən çox problemi batareya müddətinin az olması ilə bağlıdır. İnsanlar həmişə batareyanın son vəziyyətini izləyə bilmirlər. Bəzən yadlarından çıxır və nəticədə işləri yarımçıq qalır.
İndi isə yeni bir proqram dizüstü kompüterlərin batareya müddətinə nəzarət edəcək. BatteryCare adlı kiçik və ödənişsiz bir proqram bizim üçün bütün bu mövzuları izləyir. Lazım olduğunda batareyamızı necə şarj etmək barədə xəbərdarlıq edə bilir. BatteryCare-nin Basic Information və Detailed Inforation xüsusiyyətlərinin köməyi ilə batareyanız haqqında fərqli məlumatları bilmək olar. Options hissəsindən isə batareyanız ilə əlaqədar fərqli vəziyyətlərin izlənilməsi və şarj etmə ya da boşaltma mövzusundakı xəbərdarlıqları görmək olur.
BatteryCare-nin köməyilə dizüstü kompüterlərin batareya ömrü uzanır, həm də proqram sizin əvəzinizdən hər şeyi nəzarət altında saxlaya bilir.