Fontu böyüt:
ABŞ mətbuatının yazdığına görə, bir neçə həftə əvvəl FBİ (Federal Təhqiqatlar Bürosu) tərəfindən keçirilən bir əməliyyatla ələ keçərilən və ölkədən deportasiya edilən Rus agentlərdən Aleksey Karetnikovun keçmiş Microsoft işçisi olduğu ortaya çıxıb.
Deportasiya edilən Aleksey Karetnikov adlı Rus casusun 20 yaşında olarkən 9 ay boyunca Microsoftda testçi olaraq işlədiyi aydınlaşdıqdan sonra Microsoft da rəsmi açıqlama ilə deyilənlərin doğru olduğunu təsdiqlədi.
İşlədiyi müddətdə proqramların test mərhələsindəki işlərdə iştirak edən Karetnikov, həm də Rumıniyalı bir proqram şirkəti olan Neobitdə də bir müddət işlədiyi məlum olub.
ELMAR.V