21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cari ilin sentyabr ayının 7-dən 9-dək Bakıda Regional Rabitə Birliyinin (RRB) bir sıra tədbirləri keçiriləcək.
Belə ki, sentyabrın 7-də paytaxtda RRB-nin Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə İşçi Qrupunun 4-cü iclası, eləcə də RBB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 23-cü iclası təşkil olunacaq.
İclaslarda BTİ-nin 2010-cu il Telekommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Konfransının nəticələri müzakirə olunacaq, Regional Rabitə Birliyinin BTİ-nin 2010-cu ildə nəzərdə tutulan Tamhüquqlu Konfransına, eləcə də BTİ-nin 2012-ci il forumlarına, yəni Ümumdünya Telekommunikasiyanın Standartlaşdırılması Assosiasiyası və Ümumdünya Beynəlxalq Telekommunikasiya Konfransına hazırlıq məsələlərinə baxılacaq.
İclasların sentyabrın 9-dək davam edəcəyi nəzərdə tutulur.
Bundan əlavə bu günlərdə Bakıda RRB-nin radiotezlik spektrinin istifadəsi və radioelektron vasitələrin elektromaqnit uyğunluğunun tənzimlənməsi məsələləri üzrə Komissiyasının və RRB-nin peyk rabitəsi, televiziya və radioyayım üzrə Komissiyasının 29/35-ci birgə iclası keçiriləcək.
Tədbir iştirakçıları tərəfindən komissiyaların tövsiyə sənədlərinin hazırlanmasına dair fəaliyyətləri, ekspert qruplarının MDB ölkələrinin tezliklərinin paylanması üzrə Ümumi cədvəlin hazırlanmasına dair fəaliyyətlərinin nəticələri, eləcə də “29,7 MQs-dən yuxarı tezlik zolaqlarında tezlik verilməsinin əlaqələndirilməsi üzrə Tövsiyələr” hesab proqramlarının işlənib hazırlanmasına dair məsələlər müzakirə olunacaq.
Həmçinin iclaslarda RRB ölkələrində rəqəmsal yayımın tətbiqi və RRB ölkələrinin 2012-ci il Ümumdünya Telekommunikasiya Konfransına hazırlığının müzakirə olunacağı gözlənilir.
Bundan əlavə tədbirlərdə Regional Rabitə Birliyinə üzv ölkələrdə peyk rabitəsinin aktual inkişaf istiqamətlərinin öyrənilməsi və keçmiş SSRİ-nin uzun və orta dalğa diapazonunda sinxron səs yayımı şəbəkələrinin radiotezlik resurslarının yenidən paylanması ilə bağlı məsələlər dinləniləcək.
mənbə: mincom.gov.az