Fontu böyüt:
Apple-nin, iPhone reklamlarının aldadıcı olduğu deyilir.Applenin müdiri Steve Jobs reklamların əksinə,həqiqəti əks etdirdiyini iddia edir.Məsələ belədir ki, indiyə qədər 5 istifadəçi , satın aldıqları iPhonelərin reklamlardakı kimi işləmədiyi iddiası ilə Apple qaşı məhkəmə iddiası qaldırıb. Apple də buna cavab olaraq özünümüdafiə taktikasına keçərək səssizliyini pozdu.
Müdafiə etmədə çox maraqlı bir də hissə iştirak edir. Bu hissədə Applenin vəkilləri təqdim etdikləri müdafiə etmə ərizəsində; aldadıcı olduğu söylənilən reklamların, ağlı başında heç bir insan tərəfindən ciddiyə alına bilməyəcəyini və ya şikayətçilərin Applenin reklamlardakı mesajlarını tamamilə səhv anladıqlarını söylədilər. Yəni xülasəylə bu elanlara kim inanar deyən vəkillər, eyni anda reklamlarında aldadıcı nüansların olmadığını və dolayısilə Applenin yalan danışmadığını iddia edirlər.
Və sonda Apple rəsmilərindən çox maraqlı bir açıqlama gəldi.Onlar bu bəyanatlarında insanlara ümumiyyətlə reklamlara inanmamağa səsləyirlər...
xeberler.az/Ellada