Fontu böyüt:
Forbes jurnalının dünən təqdim etdiyi yeni reytinq cədvəlində Microsoft şirkətinin təsisçisi Bill Qeyts dünyanın ən varlı insanları arasında 49 milyard dollarlıq kapitalla ikinci pilləni tutub. Bu il reytinqə meksikalı biznesmen Karlos Slim liderlik edir (60 milyard dollar). Üçüncü pillədə Uorren Baffet (47 milyard dollar) yerləşir.
Qeyd edək ki, ekspertlər Bill Qeytsin reytinq cədvəlində mövqeyinin zəifləməsini onun son illər geniş xeyriyyəçiliklə məşğul olması ilə əlaqələndirirlər.
Xatırladaq ki, Bill Qeyts ABŞ-ın təhsil sisteminin təkmilləşməsinə və dünya səhiyyəsinin inkişafına maddi və mənəvi yardım göstərən xeyriyyə fondunun lideridir. Reytinqdə üçüncü pilləni tutan Uorren Baffet də 2006-cı ildən bu fondun hesabına 8 milyard dollar vəsait köçürüb.