21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət informasiya ehtiyatları Reyestrinin aparılmasına hazırlıq işləri həyata keçirir.
Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədovun görə, ilkin mərhələdə layihə çərçivəsində texniki proqram təminatının hazırlanması və texniki avadanlığın təmin edilməsi istiqamətində işlər aparılacaq.
R.Gülməmmədovun verdiyi məlumata görə, bu işlər cari ilin sonuna kimi həyata keçiriləcək. Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq reyestrin operatoru olan Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə reyestrin fəaliyyətinin təşkili ilə yanaşı aşağıdakı məsələlər həvalə edilib:
• metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin olunması.
• informasiya ehtiyatları barədə və digər xidməti məlumatların Reyestrə daxil edilməsi və yenilənməsi.
• reyestrdən çıxarışların verilməsi.
• reyestrə daxil edilmiş informasiya ehtiyatları barədə sənədli arxivin aparılması və saxlanılması.
• reyestr barəsində məlumat daxil edilmiş informasiya ehtiyatları haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması.
• reyestrin internet portalının yaradılması və aktuallaşdırılması.
• reyestrin dayanıqlı işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi.
mənbə: APA