İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ABŞ-da internet Avropa ölkələrindən daha bahadır

00.00.0000 [00:56]

Fontu böyüt:      

“Open Technology Institute” (OTI) texnoloji proqram nümayəndələrinin keçirdiyi araşdırma müəyyən edib ki, ABŞ-da internet qiymətləri Avropa ölkələrində olduğundan bahadır və sürəti zəifdir.
“Open Technology Institute” (OTI) texnoloji proqram nümayəndələrinin keçirdiyi araşdırma müəyyən edib ki, ABŞ-da internet qiymətləri Avropa ölkələrində olduğundan bahadır və sürəti zəifdir. ABŞ-ın abunəçi sayı daha çox olan böyük şəhərlərində vəziyyət daha pisdir. Belə ki, 150 Mbit/s sürətində internetə çıxış Avropada orta qiymət 77 dollar və daha az olduğu halda ABŞ-da 130 dollara başa gəlir. Amerikalılar mobil internet qiymətlərindən də narazılıq edirlər. Məsələn, “T-Mobile” operatorunda 2 giqabaytlıq trafikin aylıq qiyməti 30 dollar təşkil edir ki, bu da Londonda fəaliyyət göstərən eyni operatorun qiymətindən 2 dəfə bahadır. “ABŞ şəhərində 2 giqabaytlıq trafik istənilən Avropa şəhərindən baha başa gələcək”, - “OTI” nümayəndələri qeyd edir. Bildirilir ki, araşdırmada dünyanın bütün ölkələri və böyük şəhərləri nəzərə alınmayıb, lakin əldə olunan məlumatlar ABŞ-da internetin baha olması barədə müəyyən təsəvvür yaratmağa imkan verir. Bundan başqa, araşdırma zamanı ən münasib internet qiymətlərinin Seul və Tokioda (1 giqabit üçün 32 dollar), eləcə də Riqada (500 Mbit/s üçün 9,22 dollar) olduğu aşkar olunub. ABŞ-da kompleks təkliflərin qiyməti də bahadır. Belə ki, Seulda televiziya, telefon və internet ödənişlərinin daxil olduğu tarif üçün 14,5 dollar (internet sürəti 10 Mbit/s) ödəməli olduğu halda Kanzasda bu göstərici 112 dollar təşkil edir. “Rəqabətin olmaması maraqlı təkliflərin olmamasında özünü büruzə verir”, - araşdırma müəllifləri vurğulayıb.(ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar