İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Şəki veb məktəbindən türkmən, özbək və uyğur dillərində kataloq

04.08.2010 [12:41]

Fontu böyüt:      

DMOZ.org-un şərti adı “Salis” olan Azərbaycanlı-Şəkili redaktoru bu ilin 1-ci yarısında ilk dəfə olaraq həmin kataloqun türkmən, özbək və uyğur dillərində yeni kateqoriyalarını yaratmaqla özünün, Şəkinin və Azərbaycanın adını əbədi olaraq o qardaş xalqların internet tarixinə daxil etmiş oldu!

DMOZ.org-un şərti adı “Salis” olan Azərbaycanlı-Şəkili redaktoru bu ilin 1-ci yarısında ilk dəfə olaraq həmin kataloqun türkmən, özbək və uyğur dillərində yeni kateqoriyalarını yaratmaqla özünün, Şəkinin və Azərbaycanın adını əbədi olaraq o qardaş xalqların internet tarixinə daxil etmiş oldu!

Biz, “İpəkçi”nin əvvəlki saylarının birində, DMOZ, yəni Açıq Kataloq Layihəsi haqqında məlumat vermişik və göstərmişik ki, bu kataloq “Google” İnternet Kataloqunun və onlarla digər veb-kataloqun, həmçinin “Google” axtarış sisteminin əsas bazasıdır. İndi isə qardaş türkmən, özbək və uyğur dillərinin bugünkü vəziyyəti və bu dillərdə internetin inkişaf səviyyəsi barədə bir neçə kəlmə qeyd edək.

Cəmi bir əsr əvvəl demək olar ki, eyni orfoqrafik qaydalar ilə, eyni əlifba ilə yazan və eyni dildə danışan Osmanlı türkləri, azərbaycanlılar, türkmənlər, özbəklər və uyğurlar bu xüsusda zaman-zaman bir birindən xeyli aralanmış, yazılarında fərqli əlifbalar, fərqli orfoqrafik qaydalar tətbiq etməklə eyni sözləri fərqli şəkildə tələffüz etməyə, fərqli terminlər qəbul etməyə və fərqli danışmağa başlamışlar. Son illər türk xalqlarının birliyindən çox söhbət açılsa da, türk dillərinin yaxınlaşdırılmasından çox söhbətlər getsə də və bu xüsusda nə qədər simpoziumlar, qurultaylar və s. keçirilsə də bunlar hamısı əslində arzu olunan sonucu vermir və həqiqətdə, türkdilli xalqlar bir-birindən daha sürətlə uzaqlaşmaqdadırlar.

DMOZ-un türkmən dilində kateqoriyasını yaradan Salis diqqət yetirmişdir ki, bu ölkədə veb-quruculuğun səviyyəsi heç də qənaətbəxş hesab oluna bilməz. Türkmən dilində olan saytların sayı isə 100-dən o qədər də çox deyil və onların da 30%-i İran türkmənlərinə məxsusdur. Türkmənlər yazıda artıq latın əlifbasını tətbiq edirlər. Amma görünür hələ də bu əlifbada yazıb-oxumaqda çətinlik çəkməkdədirlər. Belə ki, hətta Türkmənistan Elmlər Akademiyasının saytının adında belə orfoqrafik xətaya yol verilmişdir. Maraqlıdır ki, bəzi dövlət saytlarının rus yaxud digər xarici dillərdəki versiyaları olduqları halda, türkmən dilindəki versiyaları yoxdur, yaxud varsa da işləmir.

29 milyon nəfər əhalisi olan Özbəkistanda isə internet nisbətən daha yaxşı inkişaf etmişdir. Özbək dilində bəlkə 1000-ə qədər, yaxud daha çox sayt var. Lakin bu ölkədə rus dilində olan saytlar daha çoxdur. Özbəklər latın əlifbasına keçid mərhələsindədirlər. Onların bir çox saytları latınla olsa da daha çoxu kirillədir. Özbək latın əlifbası 26 hərfdən ibarətdir, daha doğrusu, heç bir spesifik işarə qəbul olunmamışdır. Onlar ğe səsini yazmaq üçün “g” hərfinin yanına bizim köhnə apastrofu qoyurlar ( g’), şe səsini “sh”, çe səsini isə “ch” kimi yazırlar. Latın əlifbasındakı İks (x) hərfi isə bizdəki kimi xe səsini bildirir. Onu da əlavə edə ki, Özbək kiril əlifbası, əslində, çox qəribə xüsusiyyətlərə malik idi. Məsələn, “a” hərfi özbək sözlərində “ə” kimi, rus sözlərində “a” kimi, “o” hərfi özbək sözlərində “a” kimi, rus sözlərində isə “o” kimi tələffüz olunurdu. Bizim üçün qəribə və mənası məlum olmayan bu hal, təəssüf ki, eyni ilə Özbək latın əlifbası üçün də tətbiq olunmaqdadır.

O ki qaldı uyğurlara və həmin dildə internetin səviyyəsinə, hesab edirik ki, bu barədə aşağıdakı qeydlərimiz Azərbaycan oxucusu üçün xeyli maraqlı ola bilər. Uyğurlar Çində, 20 milyon nəfər əhalisi olan Muxtar rayon əhalisinin 42%-ni təşkil etməkdədirlər (Qırmızı Çinin rəsmi rəqəmlərinə görə – Yalquzaq). Həmin rayonun adını biz səhvən “Sincan Uyğur Muxtar Vilayəti”, “Sintzyan-Uyğur Muxtar Vilayəti”, “Sinczyan-Uyğur Muxtar Vilayəti” kimi yazmaqdayıq. Amma uyğurlar özləri belə deyirlər: “Şincan Uyğur Aftonom rayoni” (Müstəqillik savaşçıları isə buranı Sherqiy Türkistan adlandırır – Yalquzaq). Uyğurların azı 4 əlifbası var, rəsmi əlifba isə ərəb əlifbasıdır, hansı ki “Köhnə yazik” deyirlər. Lakin onların “köhnə yazı”sı bizim lap köhnə yazıdan xeyli fərqlənməkdədir. Onlar yazılarında hərəkələrdən istifadə etməklə uyğur dilindəki hər bir səsi dəqiq olaraq göstərirlər. Ərəb sözlərini isə öz tələffüzlərinə uyğun olaraq yazırlar. Şincan Uyğur Muxtar Rayonunun hökumət saytları da bu əlifba ilədir, saytın uyğur versiyası olmadığı halda Ana səhifəsinin lap yuxarısında, çin dilindən əvvəl, məhz uyğur dilində və bu əlifba ilə saytın adı göstərilir. Onların 2-ci əsas əlifbaları isə Şincan Universiteti tərəfindən qəbul olunmuş “Uyğur Kompyuter Yaziqi – UKY”dir. Burada bizdəki kimi “ü” və “ö” hərfləri olsa da özbəklərdəki kimi şe səsini “sh” kimi, çe səsini “ch” kimi yazırlar. Xe səsi isə bizdə və özbəklərdə olduğu kimi iks (x) ilə yazılır. Türkmənlər kimi isə uyğurlar “ve” səsini “v” hərfi ilə yox, “w” ilə yazırlar. O ki qaldı uyğur dilində olan saytlara, bu barədə qeyd edək ki, müstəqil dövlətləri olmayan uyğurların dilindəki internet heç də pis inkişaf etməmişdir. Uyğurca saytların sayı 300-ə qədər, yaxud daha çoxdur və hələ üstəlik, uyğur dili uçün xeyli mükəmməl onlayn lüğətlər (uyğurcadan ingiliscəyə, türkcəyə, çincəyə) və mətni bir uyğur əlifbasından digər uyğur əlifbasına çevirmək üçün onlayn konverterlər mövcuddur.

Qaynaq: “İpəkçi” qəzeti, Şəki


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar