Fontu böyüt:
Rusiyanın ən böyük e-poçt xidməti olan mail.ru saytının sahibi olan Digital Sky Technologies firması Facebook-un hissələri üçün 200 milyon dollar təklif edib.
Əgər razılaşma reallaşsa Facebook-un dəyəri 10 milyard dollaradək artacaq. Facebook-un 200 milyon istifadəçisi var. Bu da o deməkdir ki, hər bir istifadəçi Facebook-a 50 dollar dəyər qazandırır.
Facebook xüsusi bir şirkət olduğu üçün maliyyə işlərini paylaşmır. Amma Facebook-un sahibi Zuckerberg bir müddətdir şirkətinin kapitalını yüksəltmək üçün müəyyən işlər aparır.
Məlumat üçün bildirək ki,Facebook-a ən son sərmayə 2007-ci ildə Microsoft-dan gəlmişdi. 240 milyon dollar ödəyən Bill Gates, şirkətin dəyərini 15 milyard dollara yüksəldərək 1,6 % hissəyə sahib olmuşdu.