İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İctimai Televiziyanın 5 yaşı tamam olur

29.08.2010 [01:12]

Fontu böyüt:      

İctimai Teleradionun yaradılmasından 5 il ötür. 5 il öncə məhz avqustun 29-da yeni təmirdən çıxmış binada fəaliyyətə başlayan televiziyanın bu illər ərzində gördüyü işlər də hər zaman müzakirə obyekti olub. Onun öz missiyasının öhdəsindən gələ bilmədiyini deyən ekspertlərlə yanaşı, İTV-ni “uğurlu layihə” adlandıranlar da az deyil. Arayış üçünsə bildirək ki, İctimai Teleradio Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir.

Cahangir Məmmədli: “İTV-nin missiyası cəmiyyəti maarifləndirmək idi, buna da nail oldu”
Qabil Hüseynli: “Bu telekanal siyasi qüvvələr arasında balansa daha çox diqqət yetirməlidir”
Əflatun Amaşov: “İTV 5 ildə çox böyük məsafə qət edib”
Azər Həsrət: “5 ildə əlli ilin işini gördülər”

İctimai Teleradionun yaradılmasından 5 il ötür. 5 il öncə məhz avqustun 29-da yeni təmirdən çıxmış binada fəaliyyətə başlayan televiziyanın bu illər ərzində gördüyü işlər də hər zaman müzakirə obyekti olub. Onun öz missiyasının öhdəsindən gələ bilmədiyini deyən ekspertlərlə yanaşı, İTV-ni “uğurlu layihə” adlandıranlar da az deyil. Arayış üçünsə bildirək ki, İctimai Teleradio Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir. Bu televiziyanın əsas missiyası ölkədə vətəndaş cəmiyyətinin və siyasi plüralizmin bərqərar olmasına yardımçı olmaqdır.

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2007-ci ildən dünyanın ən nüfuzlu teleradio qurumu olan Avropa Yayımları Birliyi EBU-nun Azərbaycandan yeganə üzvüdür. Bu üzvlük Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakını mümkün edib.

Macarıstan, Türkiyə, Polşa, Koreya, Gürcüstan, Almaniya, Fransa, Rusiya, Belorus və digər ölkələrin ictimai yayımçıları ilə sıx əməkdaşlığın nəticəsində bu ölkələrlə müxtəlif telekörpülər qurulub, müxtəlif layihələr həyata keçirilib.

Beləliklə, sabah televiziyanın yubileyidir. Biz də öz növbəmizdə tanınmış ekspertlərdən İTV barədə fikirlərini öyrəndik. İTV bu 5 ildə öz missiyasının öhdəsindən gəlibmi? Teleməkanda özünə layiqli yer tuta bilibmi? Qüsurları, üstünlükləri nələrdir?

Müsavat Partiyası sədrinin müavini, politoloq Qabil Hüseynli hesab edir ki, bu günə qədər televiziyanın həyatında böyük işlər görülüb. Onun fikrincə, İTV-nin bünövrəsinin qoyulmasında, peşəkarların yaradıcı heyətə cəlbində, habelə efirə müxtəlif janrların gətirilməsində, onun daha çox milli yönümlü janrlar üzrə köklənməsində müəyyən məsafə qət edilib: “Ən önəmli məqam isə odur ki, İctimai Televiziya Qərbin kütləvi mədəniyyətinin mənəvi ekspansayisına məruz qalmayan yeganə televiziyadır. Bu telekanalın efiri bizi bıktırmır, burada xalqımızın mədəniyyəti üçün darıxmış səviyyəsiz şou proqramlarına rast gəlməzsən. Mən başqa televiziyalarla müqayisədə İctimai Televiziya ilə bağlı bir halallıq terminini də işlətmək istəyirəm. Çünki burada adamların doğulduğu regionla bağlı verilişlərə – hətta firqə mənsubiyyətinə məhəl qoyulmadan – yol tapması mümkündür”.
Bununla yanaşı, Q.Hüseynli hesab edir ki, İTV-nin görməli olduğu işlər hələ çoxdur. Onun fikrincə, telekanal siyasi qüvvələr arasında balans məsələsinə daha ciddi diqqət yetirməlidir: “Elə etməlidir ki, televiziya Azərbaycanda gedən ictimai-siyasi proseslərin bütünlüklə aynasına çevrilsin”.

İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli isə bildirdi ki, İTV yarandığı gündən sözün həqiqi mənasında cəmiyyətin televiziyası, tribunası rolunu oynadı. Avropa modelini mənimsəmək üçün telekanalın çaba göstərdiyini vurğulayan müsahibimiz kollektivin də bütünlüklə onun ictimai xarakterini duyduğunu dedi: “Kollektiv elə bu prinsiplərlə də işləməyə başladı. Televiziyanın proqram setkası cəmiyyətin maarifləndirilməsinə həsr olundu. İlk gündən də missiyası cəmiyyəti maarifləndirmək idi ki, buna nail olduğunu düşünürəm”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da az bir vaxtda yaranmasına baxmayaraq, İTV-nin bir çox nailiyyətlərə imza atdığını dedi. Onun sözlərinə görə, maddi və yaradıcılıq baxımdan bu telekanal 5 ildə böyük məsafə qət edib: “Bu telekanalın digital – rəqəmsal sistemdə fəaliyyət göstərməsi, müxtəlif studiyalarının olması böyük göstəricidir. Xaricdəki azərbaycanlılarla bağlı hazırladıqları verilişlər, türkdilli ölkələrin ortaq televiziyası olan TRT Avazda təmsilçiliyini də bura əlavə etmək lazımdır. İlk olaraq İctimai Televiziya və Türkiyə Radio Televiziya qurumu TRT-nin başladığı ortaq layihəyə artıq Orta Asiya ölkələri də qatılıb. Bu, Azərbaycanda ilk dəfə həyata keçirilib”.

Tanınmış jurnalist Azər Həsrət də İTV-nin fəaliyyəti və mahiyyəti barədə “5 ildə əlli ilin işini görənlər” başlıqlı yazı qələmə alıb. Musavat.com saytında dərc olunan bu yazıda müəllif qeyd edir ki, bu gün İctimai TV milli adət-ənənəyə sadiq Azərbaycanlı ailəsinin rahat bir şəkildə baxa bildiyi kanaldır. Bir çox hallarda isə tək kanaldır. Onun fikrincə, İTV yarandığı gündən unudulmaqda olan, bir çox hallarda isə “kommersiya maraqları”na qurban verilən milli adət-ənənəmizə, folklorumuza, dilimizə sahib çıxıb. A.Həsrət daha sonra yazır: “İTV birilərinin on illər boyu bir dəfə edə bilmədiyini beş ilin içində beş dəfə edə bildi! İTV-yə qədər Azərbaycan televizyonçuluğu beynəlxalq aləmə açıla bilmirdi. Şəxsən məni çox rahatsız edən bizim TV kanallarımızın müvafiq beynəlxalq qurumlarda təmsil olunmaması idi. Bir yandan ağız dolusu informasiya blokadasından danışanlar ölkə TV-lərini xarici kanallara bağlamaq üçün nədənsə heç bir addım atmırdılar! Ancaq İTV elə ilk andan buna doğru hərəkət etdi və nəticə göz qabağındadır! Bu gün Azərbaycanın İTV-si Avropa Yayım Birliyinin sadəcə tam hüquqlu üzvü olmaqla qalmır, ölkəmizin ”Avroviziya” musiqi yarışmasında ən fəal iştirakını təmin edir, qurumun üzvü olan ayrı-ayrı TV kanalları ilə proqram mübadiləsi aparır! Və bu ilin yayında isə bölgəmizdə ilk dəfə olaraq Avropa Yayım Birliyi özünün ən ali toplantısını Azərbaycanda keçirdi! İTV-nin dəvəti, təşkilatçılığı və ev sahibliyi ilə! Düz 77 aparıcı TV kanalı bir həftə içində Azərbaycana toplandı və ölkəmizin gerçək gündəmi bütün Avropa ölkələrində diqqətdə oldu!”

Biz də bu yubiley günlərində həmkarlarımızı təbrik edirik, onlara daha böyük və qalıcı uğurlar arzulayırıq.

Sevinc TELMANQIZI, Yeni Müsavat


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar