İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Günləri bitdi

17.11.2014 [20:25]

Fontu böyüt:      

Noyabrın 14-16-da Yüksək Texnologiyalar Parkında “Startup Günləri 2014” keçirilib.

Noyabrın 14-16-da  Yüksək Texnologiyalar Parkında “Startup Günləri 2014” keçirilib.

Xeberler.az saytı Startup Azərbaycan Təşkilat Komitəsinə istinadla bildirir ki, 14 noyabrın 14-də Azərbaycan İnternet Forumunun  prezidenti, Startup Azərbaycan layihəsinin rəhbəri Osman Gündüz tədbiri açaraq , Startup Günlərinin məqsədinin ölkənin milli startap infrastrukturuna dəstək vermək, yeni startapların yaradılmasını stimullaşdırmaq, startaplar üçün infromasiya-metodiki dəstək göstərmək və startaplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.

Açılış  mərasimində  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O, dövlətin milli startapların inkişafına dəstək göstərməsinin prioritet olduğunu qeyd edib və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini bildirib. Nazir  müavini bu cür tədbirlərin startap infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Daha sonra Startup Günləri çərçivəsində “Milli startaplara dövlətin və özəl sektorun dəstəyi”mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov,  Cybernet şirkətinin rəhbəri İlham Namazov, Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərimov, İnfiPro şirkətinin nümayəndəsi Kəmalə xanım,  SİNAM şirkətinin direktoru Elçin Əliyev, İnternet Holdinq şirkətinin rəhbəri Rafael Əzizov  çıxış ediblər.

Çıxışlarda səsləndirilən fikirlər ətrafında və mövzu ilə bağlı maraqlı diskussiya keçirilib. Ölkənin startap infrastrukturunun bütün maraqlı tərəflərinin nümayəndələri müzakirələrdə aktiv iştirak diblər. Gənc startapçıların suallarını panel iştirakçıları cavablandırıb. Sonra Konfrans müzakirələr və sual-cavablarla işini davam etdirib.
Konfransda nazir müavini Elmir Vəlizadə çıxış edərək müzakirələrin kifayət qədər maraqlı və faydalı olduğunu qeyd edib. O, çıxışında qaldırılan məsələlərə münasibət bildirib.

.Noyabrın 14-də Startup Günləri çərçivəsində keçirilən konfransdan sonra gənc startapçılar öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 20 ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti  və ekspertlər bunlardan 6 ən yaxşı ideyanı seçib.

 İdeyaları seçilən startapçılar qalan iştirakçılar arasından özlərinə komanda formalaşdırıblar. Hər komandada  6 nəfər  startapçı təmsil olunub.  Komandalar formalaşdırdıqdan sonra komanda üzvlərinin yaxından tanışlığı məqsədilə “networking” keçirilib.

Növbəti mərhələdə Komandalar  ideyalar üzrə  İnternet Layihələrin ilkin prototiplərinin hazırlanmasına başlayıb.  Komandalar tanınmış ekspertlərin və mentorların köməyi ilə 3 gün ərzində seçilən ideyalar ətrafında Layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.

 Startup Günləri çərçivəsində gənc startapçılara kömək  və metodiki informasiya dəstəyi də təşkil olunub.

Beynəlxalq ekspert Vivek Jha gənc startapçılara biznes planların hazırlanması, ilkin inkişaf problemləri ilə bağlı təlim keçiib.

Startup Günləri çərçisində son dövrlərdə beynəlxalq tədbirlərdə iştirak dən yerli startap sahibləri ilə gənc startapçıların və İnternet biznesə yeni başlayanların görüşü keçirilib

Görüşdə ekspertlər Orxan Əhmədov, Şaiq Muradov, Amid Quliyev, Məmməd Kərimov, Elşad Yusifli , Vaqif Abbasov  gənc startapçılara faydalı məlumatlar verib və beynəlxalq trendlər haqqında bilgilər çatdırıblar. Görüşlərdə həmçinin yeni fəaliyyətə başlamaq istəyən startapçıların investorlarla münasibətlərinin qurulması, komanda ilə işləmək üsulları və gələcək biznes fəaliyyətinin spesifik xüsusiyyətləri ilə bağlı diskussiya aparılıb.

Startup Günlərinin yekun günündə  6 komanda öz layihələrinin ilkin versiyalarının hazırlanmasını  başa çatdırıblar, bununla bağlı hazırladıqları təqdimatları qısa zaman kəsiyində münsiflərə təqdim ediblər. Hər bir Layihənin təqdimatı münsiflərin sorğu-sualı ilə müşayiət olunub.

Layihələrin təqdimatından sonra  münsiflər qiymətləndirmə prosesi aparıb.  Qiymətləndirmə prosesində ekspertlər Vahid Qasımov, Vüqar Əliyarov, Şaiq Muradov, Amid Quliyev, Orxan Əhmədov, Məmməd Kərimov, Elşad Yusifli iştirak edib.

Qiymətləndirmə  qabaqcadan hazırlanan metodika əsasında həyata keçirilib. Qiymətləndirmənin yekununda münsiflərin səsverməsi ilə qalib layihələr seçilib.

6 Layihə içərisindən daha çox bal toplayan 3 layihə qalib seçilib :

I yer -  PlayProChess.com layihəsi
Ənənəvi iki nəfərlik stolüstü oyunların qeyri-ənənəvi çoxistifadəçili variantının ixtirası və onlayn oyun platforması

 II yer – Wanlust  layihəsi
Bakıya gələn qonaqlar və xarici turistlər üçün virtual şəhər rəhbərliyi edərək şəhərdəki obyektlər haqqında məlumat verəcək mobil tətbiq

III yer – Shadliq .az
Shadliq.az - Şadlıq sarayların və restoranların seçilməsi üçün onlayn kataloq

Noyabrın 16-da Startup Gnülərinin qaliblərinin Yekun Təqdimat mərasimi keçirilib.

AİF prezidenti Startup Azərbaycan TK-nən üzvü Osman Gündüz təqdimat mərasimində çıxış edərək Günlərin yüksək səviyyədə başa çatdığını diqqıtə çatdırıb. Mərasimdə həmçinin  Cybernet şirkətinin nümayəndəsi Şəhla Məmmədova, SİNAM şirkətinin layihə rəhbəri Xaqani və SMAT şirkətinin departament rəhbəri Səlim Nağıyev çıxış edərək  ölkədə internet biznes və startap sektorunun inkişafında maraqlı olduqlarını və gələcəkdə də bu cür tədbirləri dəstəkləyəcəklərini bildiriblər.

Təqdimat mərasimində qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.

Startup Günlərinin təşkilində, ölkədə startap sahəsinin inkişafındakı xidmətlərinə görə bir qrup ekspert və mentoru da Startup Azərbaycan təşəkkürnamə ilə təltif edib.

Startup Günlərinə  Rabitə və Yüksək Texnologiyalar nazirliyi, İT-nın İnkişafı Dövlət Fondu,  Yüksək Texnologiyalar Parkı , Cybernet, SMART, SİNAM , Khazar Ventures şirkətləri dəstək verib. 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar