Fontu böyüt:
Azərbaycanın Gəncə Dövlət Universitetində yeni dərs ilindən etibarən oxunan mühazirələri internet üzərindən izləmək mümkün olacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, auditoriyalarda quraşdırılmış kameralar vasitəsilə müəllimlərin dərs prosesi onlayn rejimdə internet üzərindən yayımlanacaq və bunun sayəsində həmin proseslə dünyanın bütün nöqtələrindən tanış olmaq mümkün olacaq.
Bununla yanaşı, bütün dərslər məlumat bazasında saxlanılacaq və ay ərzində istənilən şəxs istədiyi dərsi izləyə biləcək. Ən yaxşı dərslər isə monitorinq qrupunun rəyi ilə CD və DVD disklərinə köçürülərək kitabxanalarda saxlanacaq.
Qeyd edək ki, yeni texnologiyalar sessiya imtahanları zamanı da tətbiq ediləcək.
mənbə: APA