21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünyanın nəhəng elektron ticarət portalı, Çinin Alibaba Group Holding şirkəti 2013-2014-cü illərdə saxta mallarla mübarizəyə 160 milyon dollar xərcləyib.
Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, Alibaba-nın direktoru Conatan Lu saxta mallarla mübarizənin şirkət üçün əhəmiyyətli olduğunu bildirib.
Bir neçə il öncə Alibaba Group-a məxsus saytların ABŞ-ın “qara siyahı”sında olması saxta malların satışı, müəllif hüquqlarının qorunmaması ilə əlaqəliydi. Hazırda aksiyalarını ABŞ birjalarında yerləşdirən şirkət saxta mallarla daha ciddi mübarizə aparmağa məcburdur.
Saxta mal problemi Çinin ən narahat edən məsələlərdəndir. Bu ilin noyabrında Çində 1 günlük kütləvi onlayn satış zamanı malların 10 faizinin saxta olduğu aşkarlanıb.
Hazırda Alibaba şirkəti Taobao beynəlxalq e-ticarət platformasını işə salmaq niyyətindədir. Bir neçə dildə olacaq Taobao ABŞ-ın məşhur eBay onlayn ticarət mağazası ilə rəqabət aparacaq.