İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«Startupçılar lokal düşünüb qlobal layihələr reallaşdıra bilməlidir»

04.07.2013 [20:41]

Fontu böyüt:      

«Mənim bəyəndiyim 5-6 komanda oldu ki, onlar da komanda ruhunu, bir yerdə işləmək qabiliyyətlərini ortaya qoya bildilər. "Startup" işində əsas məsələlər hədəf və komandadır.
 Məmməd Kərimov: «Startupçılar lokal düşünüb qlobal layihələr reallaşdıra bilməlidir»
«Startup Azərbaycan»a təqdim olunan layihələrin əksəriyyəti lokal xarakterlidir. Yəni Azərbaycan sərhədləri, ölkə bazarı çərçivəsində reallaşdırılması nəzərdə tutulur. Lakin onların arasında müəyyən qədər rentabelli olanlar da var».

Bu sözləri «ICTnews» elektron xəbər xidmətinə «Mak & partners» internet media və "startup"lar üzrə şirkətin rəhbəri Məmməd Kərimov söyləyib. «Startup Azərbaycan» layihəsində münsiflərdən olan M.Kərimov təqdim olunan ideyalarla bağlı fikirlərini açıqlayıb. O qeyd edib ki, "startup" layihələrində əsas  məqam, yəni investorları daha çox narahat edən layihəni həyata keçirəcək komanda məsələsidir.

«Mənim bəyəndiyim 5-6 komanda oldu ki, onlar da komanda ruhunu, bir yerdə işləmək qabiliyyətlərini ortaya qoya bildilər.  "Startup" işində əsas məsələlər hədəf və komandadır. Mən burada hədəfləri də, komandanı da gördüm. Ona görə də düşünürəm ki, bu layihələrin uğurlu olma ehtimalları böyükdür. İkinci məsələ qlobal səviyyəyə çıxmaqdır. Burada 1-2 layihə var idi ki, onlar qlobal səviyyədə idi. "Startup" işinə girən komandalara, fərdi insanlara tövsiyəm budur ki, onlar daha çox qlobal layihələri düşünsünlər. Lokal layihələr müəyyən şəkildə rentabelli ola bilər və gəlir də gətirər. Amma təcrübələrdən görürük ki, əsas gəlir, böyük pullar qlobal layihələrdən əldə olunur. Biz bu fəaliyyəti aparmaqla çalışırıq ki, insanlar lokal düşünə-düşünə bir az da qlobal layihələrə keçə bilsinlər».

Təqdim olunan layihələrdən Azərbaycan gəncliyində İKT  üzrə düşünən beyin olduğunu gördüyünü söyləyən M.Kərimovun sözlərinə görə, ideya müəllifləri məsələləri dərindən analiz edə və insanlara nəyin lazım olduğunu müəyyənləşdirə biliblər: «Məsələn, musiqi sahəsinə dərindən girə bilənləri müşahidə etdik. Cari problemləri hərtərəfli analiz edə bilən insanlarla qarşılaşdıq. Bu da çox gözəl tendensiyadır. Çünki hiss olunur ki, ideya müəllifləri işlərinə ötəri yanaşmayıblar. Onlar məsələləri dərindən araşdırıb hansısa sektor üzrə problemi ortaya çıxara və onların həlli yollarını təklif edə biliblər. Bundan başqa, onu da qeyd edim ki, gənclərimiz daha çox əyləncəyə yönəliblər. Yəni gündəlik həyatdakı məsələləri İKT-yə gətiriblər və ya İKT-ni gündəlik həyatlarına daxil edirlər. Bu da normaldır. Çünki bütün dünyada belədir ki, layihələr ya problemlərdən ortaya çıxır, ya da hər hansı bir həyat tərzindən asılı olaraq meydana gəlir. Məsələn, layihə var musiqi ilə, layihə də var sosial şəbəkələrlə əlaqəlidir. Bu da onu göstərir ki, gənc özünün yaşadığı həyatını İKT-yə gətirir».
(Seymur Qasımbəyli, ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar