İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ən yaxşı bloq yazısı xeberler.az-da

27.12.2010 [07:22]

Fontu böyüt:      

Xəbər verdiyimiz kimi, Sosial bloq yazıları-2 müsabiqəsinin qalibi Teymur Mərdəliyevin "Azad insan" yazısı olub. Xeberler.az portalı həmin bloq yazısını təqdim edir. Hər dəfə idman dərslərindən qayıdanda onu görürdüm. Hərəkətləri, əllərini yuması, dünya atlasına baxması məni cəlb edirdi. O, küçədə yaşayırdı. Taxta lövhə üzərində elə hey nə isə yazırdı. Mənim nəzərimdə o, dünyanın ən azad adamı idi.

Xəbər verdiyimiz kimi, Sosial bloq yazıları-2 müsabiqəsinin qalibi Teymur Mərdəliyevin "Azad insan" yazısı olub. Xeberler.az portalı həmin bloq yazısını təqdim edir.

Hər dəfə idman dərslərindən qayıdanda onu görürdüm. Hərəkətləri, əllərini yuması, dünya atlasına baxması məni cəlb edirdi. O, küçədə yaşayırdı. Taxta lövhə üzərində elə hey nə isə yazırdı.  Mənim nəzərimdə o, dünyanın ən azad adamı idi.

Möhübbət Əli yaşının 50-dən artıq olduğunu söylədi. Dediyinə görə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ancaq özünü savadlı hesab etmir…

İşsiz-gücsüz, heç kimin qarşısında məsuliyyət daşımayan, istədiyi vaxt yeyib, istədiyi vaxt yatan sərgərdan…

Çox təmizkardı. Natəmizlikdən zəhləsi getsə də küçə tualetlərindən istifadə etmir.  Çünki pulu yoxdu…

Onun fikrincə Allah yalnız İslam və Musəvi dinlərində var. Xristianlıqda və buddizmdə Allah yoxdur… İslam şəriətindən danışır, Quranı yox ordakı surələri bildiyini deyir.

“Həyatda hər şey nisbidir! Sən kiminsə yanında savadlısansa, kiminsə yanında savadsızsan”.

Onu hər gün yeməklə yaşadığı bucağın yaxınlığındakı restoran təmin edir. Bir kasa mərci şorbası, balaca lavaş çörəyi… Makaron və “Sprite”  göndərsələr də o, bunlardan imtina edir…

“Elə olub ki, qışda yaş kardona bürünüb yatmışam. Elə ilk evimi də kardondan tikmişəm. Onu da yaşlı bir kişi gəlib uçurdu, hardasa 2003-cü ildən burada qalıram.”

“İnsanlar vaxt bölgüsünü bilmirlər.”  Möhübbət Əli, kimisə nəinki 15 dəqiqə hətta 1 dəqiqə gözləməyi belə  vaxt itkisi sayır.

İnsanlarla söhbəti mənasız hesab edir. Onun fikrincə, söhbət vaxt aparır, işləməyə mane olur. O, hər gün rəqəmlərlə balaca taxta parçası üzərində nəsə qeydiyyat aparır. Nələrin qeydiyyatını apardığını isə demədi…

Şeirini o qədər də bəyənmir. Amma tələbə yoldaşlarının xoşladığı üçün onu özündə saxlayır. Yadında qalmış misraları mənə də söylədi.

Ağlama, ağlama yetər!

Hələki səni heç kəs aldatmayıb,

Sənə pislik eləməyib

Sənin üçün nə var?

Bir kimse səni sevib atmayıb

Sənin üçün nə var?

Bir az hövsələli ol vaxt gəlib keçər

Bir kimsə səni  sevib atmayıb

Ağlama, yetər!

mənbə:http://sosium.com/azad-insan/


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar