Fontu böyüt:
Yeni smartfon Web 2.0 Summit konfransında çıxışı zamanı baş direktorun əlində olub.
Xeberler.az portalı Milli.az portalına istinadən xəbər verir ki, qurğunun rəsmi təqdimat mərasimi isə hələ təşkil olunmayıb. Bir qədər əvvəl KİV-lərdə onun Nexus S adlandırılacağı və Samsung korporasiyasının zavodlarında istehsal olunacağı haqqında xəbər gəzirdi. E. Şmidt yeni smartfonun NFC (Near Field Communication) məlumat ötürülməsi texnologiyasını dəstəkləyəcəyini bildirib. Telefonlarda NFS modulunun olması smartfonları ödəmə vasitəsi kimi istifadə etmək imkanı yaradacaq. Googleun baş direktoru hesab edir ki, gələcəkdə sözügedən texnologiya bank kartlarını əvəz edə bilər. Həmçinin E. Şmidt Android platformasının yeni Gingerbread versiyası haqqında da danışıb. Onun sözlərinə görə, Google mobil platforması “bir neçə həftə ərzində yenilənəcək”. Gingerbread bazasında ilk smartfon məhz Nexus S olacağı gözlənilir.