İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Nazirliyin saytında məzmunca təkmilləşdirmə aparılıb

16.03.2013 [11:11]

Fontu böyüt:      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytında (eco.gov.az) Nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin dolğun surətdə ictimaiyyətə çatdırılması məqsədilə məzmun baxımından bir sıra dəyişikliklər edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytında (eco.gov.az) Nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin dolğun surətdə ictimaiyyətə çatdırılması məqsədilə məzmun baxımından bir sıra dəyişikliklər edilib. 
“Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinadən verdiyi məlumatına görə, II nəşri çapa hazırlanan “Qırmızı kitab”in yeni layihəsinin mütəxəssislər və ictimaiyyətin müzakirəsinə açıq olması üçün ETSN-nin saytının sağ sütununda “Qırmızı kitab”ın II nəşrinin layihəsinə daxil edilmiş növlər” başlıqlı bölmə yerləşdirilib (http://www.eco.gov.az/qirmizikitab.php). Həm bu sahə ilə bilavasitə məşğul olan alim və mütəxəssislər, həm də digər maraqlananlar “Qırmızı kitab”ın II nəşrinin layihəsi ilə tanış ola, rəy və təkliflərini Nazirliyin elektron ünvanına göndərə bilərlər. 
Hidrometeoroloji vəziyyətin daimi nəzarətdə saxlanılması, sel və daşqınların proqnozlaşdırılması, həmçinin müşahidə sistemlərinin daha da təkmilləşdirilməsi məqsədilə də saytda online izləmə sistemində bir sıra yeniliklər edilib. Belə ki, Kür çayında suyun səviyyəsinin dəyişmə vəziyyətinin birbaşa izlənməsi üçün çayın Neftçala ərazisində iki yeni veb kameralar quraşdırılıb və görüntülər saytdan birbaşa izlənilir. 
Qeyd edək ki, daha əvvəl yüksək dağlıq ərazilərdə yağıntının artıb-azalma tempinin nəzarətdə saxlanılması üçün Şahdağ Milli Parkının Kabaş zirvəsi, Ləzə ərazisi və Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi olmaqla üç yerdə veb kameralar quraşdırılmış və həmin ərazilərdən də olan görüntüləri birbaşa izləmək mümkündür.
Elektron hökumətin tətbiqi ilə əlaqədar ETSN-nin saytında yaradılmış “Elektron xidmətlər” sistemində də təkmilləşdirmə işləri aparılıb. Belə ki, Nazirliyin tabeliyində olan qurumların fəaliyyətindən saytda yerləşdirilmiş “Elektron xidmətlər” bölümündən (link) istifadə etməklə yararlanmaq olar. Milli parklara giriş biletlərini almaq, müxtəlif rüsumları, o cümlədən cərimə və digər ödənişləri bu xidmət vasitəsi ilə asanlıqla həyata keçirmək mümkündür. 
Saytın “Maliyyə bölməsində” də təkmilləşdirmə aparılıb. Bu bölümdə bir sıra məlumatlarla birlikdə Nazirliyə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi, xərclənməsi və istifadə edilməmiş vəaitlərin dövlət büdcəsinə geri qaytarılması vəziyyəti ilə də bağlı tam məlumat almaq olar. (http://www.eco.gov.az/s-icra%20gostericisi10.php). 
Maraq doğurduğundan “Qafqazinfo” ETSN-in bu məlumatı əsasında nazirliyin büdcə vəsaitlərindən istifadəsilə bağlı kiçik araşdırma aparıb. Apardığımız araşdırma nəticəsində, bu nazirlikdə büdcə vəsaitinə qənaət olunaraq, israfçılığa yol verilmədən istifadəsi, istifadə edilməyən məbləğin isə büdcəyə geri qaytarılması tendensiyası diqqəti cəlb edib. 
Nazirliyin internet saytının “Maliyyə” bölməsinin “2012-ci il üzrə ETSN-nin dövlət büdcəsi vəsaitinin icra vəziyyəti” adlı alt bölməsində təkcə 2012-ci ildə ETSN-də dövlət büdcəsindən ayrılmış 43728,7 min manat vəsaitdən 39707,5 min manatın xərcləndiyi, 4021,2 min manat vəsaitin isə istifadə edilmədən dövlət büdcəsinə geri qaytarıldığı, eyni zamanda dövlət büdcəsindən ayrılmış vəsaitin ETSN-nin mərkəzi aparatı və tabeli qurumları tərəfindən necə və hara xərləndiyi cədvəllər şəklində faktlarla verilib. Cədvəllərdən məlum olur ki, geri qaytarılan 4021,2 min manat vəsait istehlak malları, binaların təmiri, abadlıq işləri, nəqliyyat xidmətləri, dəftərxana, cari təmir və s. maddələr üzrə olan təsnifatlarda qənaət edilib.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar