Fontu böyüt:
450 milyon internet istifadəçisinin olduğu Çində Skype da Facebook və Twitter ilə birlikdə qadağan olunan saytlar siyahısına düşüb.
Ölkədə icazəsiz fəaliyyət göstərən internet telefon xidmətlərinin bağlanılacağını açıqlanıb. Hazırda Çində qanuni olaraq iki dövlət şirkəti, Çin Telecom və Çin Unicom xidmət edir. Qərar nəticəsində Skype kimi internet üzərindən çox ucuz telefon xidmətlərilə təmin edən xarici telefon xidmətlərinin fəaliyyətinin sona çatacaq.
Çinin ABŞ-dakı səfiri Vang Baodong bu qərarı anlamadığını deyib: “Çin hökuməti internet ilə əlaqədar qanunları qəbul edərkən, beynəlxalq internet normalarını da nəzərə almalıdır.
Qeyd edək ki, Pekin hökumətinin internetə ağır senzura tətbiqi ölkə daxili və xaricində ciddi tənqidlərə gətirib çıxarasa da çinli səlahiyyətlilər senzurasnı müdafiə edir.