Fontu böyüt:
Azərbaycan Şərqi Asiya, MDB, Mərkəzi Asiya, o cümlədən Əfqanıstan və Pakistan ərazilərindən keçməklə Qərbi Avropa və Sakit okean ölkələrinin inkişaf etmiş iki informasiya şəbəkəsi arasında əlaqə yaradacaq “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsinin əsasını qoymuşdur.
Bu təşəbbüsün cari ilin sentyabr ayında BMT Baş Məclisinin gündəliyinə salınacağı gözlənilir. Layihənin reallaşdırılması bütün regionun sosial-iqtisadi inkişafına böyük kömək edəcəkdir.
Bu təşəbbüs 2008-ci ilin noyabrında Bakıda keçirilmiş Regional Nazirlər Toplantısında irəli sürülmüşdür. Bu görüşün nəticəsi olaraq, “Transmilli Avrasiya Super İnformasiya Magistralı”na dair Bakı Bəyannaməsi qəbul edilmişdir. //www.azertag.com