21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın neft layihələrində iştirak edən və ölkədə fəaliyyətini genişləndirmək niyyətində olan Böyük Britaniyanın "WOOD GROUP" şirkətinin rəsmi saytında ölkəmizin ərazi bütövlüyü təhrif olunub.
Şirkətin biznes qurduğu ölkələrin siyahısının əks olunduğu xəritənin Middle East bölməsində Naxçıvan Muxtar Respublikası Ermənistan ərazisi kimi göstərilib. Təhrif olunmuş xəritə (http://portal.woodgroup.com/portal/page?_pageid=0,1874563&_dad=portal30&_schema=PORTAL30) linkində yerləşdirilib.
Qeyd edək ki, bu ilk belə hal deyil. “British Airways” aviaşirkətinin rəsmi internet səhifəsində Azərbaycana qarşı hörmətsizlik edilib. Britaniya şirkəti Londondan uçuşların hansı istiqamətlərdə olduğunu göstərən xəritədə Azərbaycan ərazisini təhrif edib və ölkəmizin adını ümumiyyətlə xəritədə qeyd etməyib. Belə ki, uçuş istiqamətləri göstərilən “Yaxın Şərq və Cənubi Asiya” xəritəsində Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisi Ermənistan ərazisi kimi göstərilib. Bundan əlavə, regiondakı bütün ölkələr öz adları ilə göstərilsə də, Azərbaycanın adı xəritədə göstərilməyib.
MƏNBƏ: XEZERXEBER.COM