Fontu böyüt:
2012-ci ildə ABŞ-da internet vasitəsilə filmlərə tamaşa etmək sayı ilk
dəfə olaraq DVD və Blu-ray kimi daşıyıcılarla filmləri seyr etmək sayını ötəcək
Xeberler.az xəbər verir ki, RİTN - nin informasiya resurslarının açıqlamasına görə, IHS Screen Digest şirkətinin analitiklərinin fikrincə, 2012-ci ildə amerikalılar internet şəbəkəsi ilə filmləri 3,4 milyard dəfə, daşıyıcılarla isə cəmi 2,4 milyard dəfə seyr edəcəklər.
Ötən ildə vəziyyət fərqli olub - 2,6 milyard göstərici ilə fiziki daşıyıcılar liderlik edib, internet-kinonun payı isə 1,4 milyard baxış təşkil edib.
Qeyd edək ki, IHS Screen Digest yalnız qanuni internet-resurslar vasitəsilə baxılan filmlər barədə olan məlumatları nəzərə alır. Onların sırasına Netflix, Hulu, Amazon Prime və digər servislər daxildir.
Analitiklər qeyd edirlər ki, internetdə filmə baxmaq (0,5 dollar) disk almaqdan (4,7 dollar) dəfələrlə ucuz başa gəlir.
2012-ci ildə filmlərin yazıldığı disklərin satışından əldə olunan gəlir 1,1 milyard dollar, internet vasitəsilə satılanlar 1,7 milyard dollar olacaq.
Mirvari