İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

www.economy.gov.az-ın təqdimatı olub

01.07.2011 [16:21]

Fontu böyüt:      

İyulun 1-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilmişdir. Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü islahatlar, irimiqyaslı layihələr ölkə iqtisadiyyatının dinamik inkişafını, əhalinin rifahının yüksəlməsini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişdir.

İyulun 1-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilmişdir.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü islahatlar, irimiqyaslı layihələr ölkə iqtisadiyyatının dinamik inkişafını, əhalinin rifahının yüksəlməsini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişdir.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu sahədə İqtisadi İnkişaf Nazirliyində görülmüş işləri müsbət qiymətləndirmişdir.

İqtisadi İnkişaf nazirinin müşaviri Tahir Mirkişili Nazirlikdə yaradılmış elektron idarəetmə sistemi çərçivəsində müasir DATA Mərkəzin qurulduğunu, "Microsoft" şirkətinin lisenziyalı proqram təminatının alındığını, vahid platformada çalışan veb interfeysli elektron sənəd dövriyyəsinin, kadrların elektron bankının, elektron maliyyə sisteminin yaradıldığını və elektron imzanın tətbiqinə başlanıldığını qeyd etmişdir. Bildirilmişdir ki, Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsində elektron xidmətlər bölməsi yaradılır. Bu bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyaların və sertifikatların adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdiriləcək, rüsumların elektron qaydada ödənilməsinə imkan yaradılacaq.

Sonra İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş internet səhifəsinin www.economy.gov.az təqdimatı keçirilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, regionların inkişafı, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, sahibkarlığın inkişaf dinamikası, beynəlxalq maliyyə institutları ilə əlaqələr və s. məlumatlar öz əksini tapmışdır. Saytın başlıca üstünlükləri canlı əlaqə, müraciətlərin sayt vasitəsilə qəbulu və cavablandırılması, vətəndaşların qəbula yazılması, Nazirliyin məlumatlarına abunə imkanının olmasıdır. Saytda interaktiv pəncərələrdən və video materiallardan geniş istifadə edilmiş, zəngin foto arxiv və effektiv axtarış sistemi yaradılmışdır.


www.economy.gov.az-ın təqdimatı olub
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar