Fontu böyüt:
Noyabr 1-dən mobil cihazların (mobil telefonlar, smartfonlar, planşetlər və s.) qeydiyyatı asanlaşıb: ölkəyə idxal olunan mobil qurğular 24 saat müddətində qeydiyyatdan keçir. Tətbiq olunan yeni sistem istifadəçilərin vaxt sərfini də minimuma endirib. Poçt şöbəsində mobil qurğunun qeydiyyatı üçün ərizə şəxsiyyət vəsiqəsində olan fərdi məlumatlar elektron formatda oxunaraq avtomatik hazırlanır və vətəndaşın 2-3 dəqiqə vaxtını alır. Əvvəl ərizə əllə doldurulur və bu da vətəndaşların 10-15 dəqiqə vaxtını alırdı.
Yeni informasiya sisteminin tətbiqi
nəticəsində vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyyatı haqqında
SMS bildirişini faktiki olaraq qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcək.
Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.
Yeniliklərdən biri də IMEI kodun
qeydiyyatının onlayn rejimdə həyata keçirilmə imkanıdır. E-gov.az portalı vasitəsilə
hər bir vətəndaş internetlə öz mobil qurğusunu qeydiyyatdan keçirə bilər. Yeni
tətbiq edilən ödəniş də elektron formatda bank kartı vasitəsilə mümkündür.
1 noyabrdan başlayaraq IMEI
kodunun ödənişli qeydiyyatına gəlincə, Rabitə və Yüksək Texnologiyaları
Nazirliyi bu məsələyə rəsmi olaraq aydınlıq gətirib. Ödənişin tətbiqi Azərbaycana
pərakəndə idxal olunan mobil cihazlarının davamlı olaraq artması və sistemin dəstəklənməsi
üçün maliyyə vəsaitinin tələb olunması ilə bağlıdır. Vətəndaşlara xidmətin səviyyəsinin
yüksəldilməsi üçün yeni informasiya sisteminin tətbiqi də əlavə vəsait tələb
edib.
Ölkəyə idxal edən zaman vətəndaşlar
hər mobil cihaz üçün 5 manat ödəməli olacaqlar.
Məlumatı smartfon.az
yayıb.