İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

4G-yə keçid nəyi dəyişəcək?

26.05.2012 [22:04]

Fontu böyüt:      

Mən düşünürəm ki, 4G üçün hələlik elə bir böyük tələbat yoxdur. Amma Azərbaycanda indidən 4G istiqamətində atılan addımları dəstəkləyirik. Bununla bərabər 4G-yə böyük tələbat gözlənilmir. 3G ilə bağlı tələbat isə yetərincədir.
 Azercell Telekom şirkəti 4G texnologiyasının əsasında yeni yüksək sürətli mobil internet xidmətini istifadəyə vermək üçün bütün prosedurları tamamlayıb. Yaxın müddət ərzində 4G sürətli mobil internet Azercell abunəçilərinin istifadəsinə veriləcəkdir.

Bəs görəsən, 4G-yə keçid nəyi dəyişəcək?

Deyerler.Org-un sualını "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz cavablandırıb: “Bu, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) həyatında şad xəbər hesab oluna bilər. Azərbaycan inkişaf etdikcə daha sürətli və daha geniş həcmdə informasiya ötürməyə ehtiyac yaranır.
4G də daha sürətli və daha geniş həcmdə informasiya ötürməyə xidmət edən texnologiyadır. 3G ilə 4G-nin fərqi budur ki, 3G-də eyni anda bəlli bir yerdə olan insanlar məsələn, video informasiya mübadiləsində iştirak edə bilməzlər, televiziya siqnallarını qəbul edə bilməzlər, böyük həcmli informasiya qəbul edə bilməzlər və s. Amma 4G-nin imkanları bunlara şərait yaradır.
Mən düşünürəm ki, 4G üçün hələlik elə bir böyük tələbat yoxdur. Amma Azərbaycanda indidən  4G istiqamətində atılan addımları dəstəkləyirik. Bununla bərabər 4G-yə böyük tələbat gözlənilmir. 3G ilə bağlı tələbat isə yetərincədir. Biz hesab edirik ki, keyfiyyətli 3G ilə bağlı tələbat bütün ölkə boyunca ödənilməyib. Ona görə mən düşünürəm ki, Azercell və digər şirkətlər də bütün ölkə boyunca 3G ilə bağlı keyfiyyətli xidmətin verilməsini nəzərdən qaçırmamalıdırlar. Çünki buna bu dəqiqə kütləvi tələbat var. Təbii ki, nəhəng korporativ şirkətlər var, biznes qurumları var, böyük həcmli informasiyalarla işləyən İKT şirkətləri var ki, 4G ilə xarici ölkələrlə video əlaqə qurmaq istəyir. Əlbəttə, buna 4G lazımdır.
Yenə də deyirəm ki, 4G-yə tələbat geniş deyil, amma 3G-yə tələbat hədsiz dərəcədə yüksəkdir və hələlik bu tələbat yetərincə ödənməyib. Ona görə 3G-nin bütün ölkə boyunca keyfiyyətli gerçəkləşməsi və 4G istiqamətində addımlar düzgün olardı”.    

Deyerler.Org:

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar