İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Senzura Azərbaycan mediasına yenidən qayıdır?

14.10.2009 [11:05]

Fontu böyüt:      


Mehman Əliyev: «Kanallarda oynamaqla, oxumaqla hakimiyyətə lazım olan fikirləri cəmiyətin beyninə yeridə bilmirlər»

Senzura yenidən mediaya qayıda bilər. İş orasındadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məlum yazısından sonra bəzi telekanallar öz proqramlarına dəyişiklik etdilər, hətta bir qədər irəli gedərək Bədii Şura yaratdıqlarını elan olundu.
Xatırladaq ki, sovet dövründə Bədii Şura faktiki olaraq senzura ilə əlaqədar işləyirdi və efirə nələrin verilib-verilməməsini müəyyənləşdirirdi. İstisna deyil ki, sabah qəzetlər və digər media quruluşlarına da bədii və ya redaksiya şurasının yaradılması göstərişi verilsin və bununla da senzura fərqli yolla yenidən mediaya qayıtsın.

Turan agentliyinin rəhbəri Mehman Əliyev isə deyir ki, qəzet redaksiyalarında şuranın yaradılması normaldır, çünki dünyada KİV-lərin özlrinin xüsusi şuraları olur və oraya adətən ictimai xadimlər, qzeti oxyan məşhur şəxslər daxil olurlar. Bu şəxslər qəzeti izləyirlər və lazım gələndə təkliflərini də irəli sürürlər. Bu isə qəzetin öz-özünü tənzimləməsinə və nöqsanları aradan qaldırmasına xidmət edir. İndi bizdə Ramiz Mehdiyevin bir məqalsi çıxdı və bundan dərhal sonra telekanallar öz fəaliyyətlərinə yenidən baxdılar, proqramlarına dəyişikliklər etdilər. Əslində isə bu göstərdi ki, telekanallar müstəqil deyillər. Biz onsuzda deyirdik ki, kanallar hakimiyyətdən tam asılıdırlar, onlarla dövlət televiziyası arasında heç bir fərq yoxdur. Sabah tapşırıq gəlsə ki, əyləncəni 70% edin, belə də edəcəklər.

Kanallarda oynamaqla, oxumaqla hakimiyyətə lazım olan fikirləri, ola bilər ki, uğurları cəmiyətin beyninə yeridə bilmirlər. Yəni hakimiyyətlə xalq arasında informasiya təması qurula bilmir. Əsas narahatçılıq budur. Bu səbəbdəndə Mehdiyev müəyyən təkliflər səsləndirir ki, ciddi verilişlərin sayını çox edin. Ancaq onların özlərinin də dəqiq konsepsiyası yoxdur ki, hansı addımlar atılsın. Yenilik etmək istəyirlərsə, araşdırmalar aparsınlar, konsepsiya yaratsınlar, kadrların peşəkarlığını artırmaq istəyirlərsə, təhsil məsələsinə ciddi yanaşsınlar».

Mehman Əliyev deyir ki, ölkədə onsuz da senzura mövcuddur: «Televiziya və Radio haqqında qanun var və orada dəqiq göstərilib ki, kanallar qanuna müvafiq olaraq balanslı, obyektiv, qərəzsiz verilişlər hazırlayaraq yaymalıdırlar. Ancaq onların iqtisadi, siyasi və sosial verilişlərinin hamısı tərəflidir. Bütün verilişlərdə hakimiyyət təriflənir, tənqid yoxdur. Eyni zamanda hakimiyyətin opponetlərini kanallara buraxmırlar, əks fikiri təqdim etmirlər və balans yaratmırlar. Bunun özü isə faktiki olaraq senzuradır. İndi hansı yeni senzuradan söhbət gedə bilər?». // Bizim Yol


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar