21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
AİF prezidenti Osman Gündüz ölkədə internetin keyfiyyəti məsələsinin cari ildə AİF tərəfindən prioritet kimi qəbul edildiyini bildirib. Bu istiqamətdə AİF tərəfindən təkliflər paketinin hazırlandığını, sistemli formada tədbirlərin həyata keçiriləcəyini qeyd edib. Artıq bununla bağlı zəruri informasiyaların açıqlanması məqsədilə RİTN və Delta Telekom şirkətlərinə də rəsmi sorğuların göndərildiyi vurğulanıb. AİF prezidenti həyata keçirilən sorğunun da məhz ölkə internetindəki real vəziyyəti aşkara çıxarmaq , mövcud vəziyyət və keyfiyyətin yaxşılaşdırılması istiqamətində atılacaq addımlarla ictimaiyyəti tanış etməkdən ibarət olduğunu qeyd edib

AİF üzvü, Parketinq.com saytının rəhbəri İlqar Mirzə keçirilən sorğunun nəticələri ilə ətraflı şəkildə media iştirakçılarını tanış edib. O, Bakı, Sumqayıt, Xırdalan və digər regionlardan 400 ADSL istifadəçi arasında keçirilən sorğuinun nəticələri haqqında aşağıdakıları açıqlayıb.
Belə ki, Bakıdan sorğuda iştirak edənlər ümumi iştirak edənlərin 82%-ini təşkil edib. Bu o deməkdir ki, hər 5 nəfər ADSL istifadəçisindən 4-dü Bakı sakinidir. Sorğuda İnternetin keyfiyyəti, qiyməti, qırılmalar, qoşulma, müştəri xidmətləri faktorları nəzərə alınıb. Respondentlərin 20% Bakinternet istifadəçisidir, digərləri isə Connect (17%), Uninet Stream (16%), Azeronline (14%),Ultel (8%) və Aztelekom (7%) istifadəçiləri olublar.
İnternetin keyfiyyəti məsələsində respondentlərin 20,8%-zi internetin keyfiyyətindən razı olduqlarını bildirsə də, 44,5% İnternetə qoşulmaqda bəzi problemlərlə qarşılaşdığını, 34,7% isə tamamilə narazı olduqlarını qeyd ediblər. Bakinternet istifadəçilərinin demək olar ki, yarısı (47%), Aztelekom müştərilərinin 45%, Ultelin isə 39% müştərisi xidmətdən qətiyyən razı deyil. Aztelekomdan isə bütün müştərilər narazıdırlar.
İnternetin sürətindən narazı olanlar isə 57% təşkil edir və onlar müqavilədə göstərilmiş sürəti almadıqlarını, 51%-i internetin tez-tez qırıldığını, 36%-i qiymətlərin bahalılığını, 31%-i isə müştəri xidmətlərindən və texniki dəstəyin aşağı səviyyədə olmasından narazılıqlarını bildiriblər. Qırılmalardan ən çox şikayətlənən Bakinternet, Connect, Ultel və Dataplus provayderlərinin müştəriləri olub. Razılaşdırılmış sürəti verməyən almayanlar isə Aztelekom (70%), Uninet-Stream (62%), Azeronline (62%) və Bakinternet (61%) müştəriləridirlər.
Müştəri xidmətlərinin səviyyəsinə görə ən son yerdə Bakinternet durur. Ondan sonraisə Ultel, Aztelekom və Dataplus provayderləridir. Azeronline və Superonline-nın müştəriləri isə digər provayderlərə nisbətən daha yüksək nəticələr göstəriblər.
İnternetə qoşulmaya gəldikdə isə müştərilərin 15%-i narazılıqlarına bildiriblər. Bu işdə ən az şikayət olunan dövlət provayderi olan Aztelekom və Bakinternetdir, özəl provayderlərdən isə Ultel və Uninet Streamdir. Bu da özəl provayderlərin öz şəsxi ATS-ləri olmasından irəli gəlir. Müştərilərin internetini ən gec qoşan provayderlər isə Superonline və Dataplusdur.
Ümumiyyətlə insanların provayderləri necə seçdiklərinə gəldikdə isə respondentlərin istifadə etdiyi provayderi seçimləri olmadığı üçün seçdiklərini bildiriblər. Bunlar 63% Dataplus, 59% Aztelekom, 49% Bakinternt və 36% Ultel müştəriləridirlər. Bu rəqəmlər göstərir ki, bəzi ATS-lərdən ancaq dövlət provayderləri istifadə edə bilirlər.
AİF
492 44 44
www.aif.az