Fontu böyüt:
Yaponiya maraqlı və qeyri-adi texnologiyaların istifadəsi ilə yenə gündəmdədir.
Yaponiyada siqareti ancaq 20 yaşdan yuxarı olan şəxslər ala bilər.Siqaretləri isə xüsusi elektron cihazlar satır. Belə maşınların sayı ölkə miqyasında 570 min ədəddir. Operatorun olmadığına görə istənilən şəxs bu maşından siqaret ala bilir.Ən pis cəhət isə texnologiyanın yaşı təyin edə bilməməsidir. Yaponlar buna da çarə tapıblar.
Belə ki, elektron cihaza xüsusi kamera yerləşdirilib. Siqaret almaq istəyən şəxs əvvəlcə kameraya baxmalıdır. Kameraya köçürülən xüsusi proqram sayəsində yaş təyin olunur.
Proqram 90% yaşın 20-dən yuxarı olduğunu təsbit edə bilir. 10% isə işin öhdəsindən gələ bilmir. Belə ki, bəzi gənclər yaşlarından çox balaca və ya böyük görsənirlər. Bunu maşın təyin edə bilməyəndə avtomatik olaraq sürücü vəsiqəsini tələb edir.