21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Prezident seçkiləri günü seçkiləri müşahidə etmək üçün məntəqələrdə kameralar quraşdırılacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, kameralar respublika üzrə seçki məntəqələrinin 10%-ni əhatə edəcək. Onun sözlərinə görə, məntəqələrin səsverməyə hazırlanması müddəti də daxil olmaqla, axşam protokollar tərtib olunub dairələrə göndərilənədək, bütün proseslər kameralarla müşahidə olunacaq.
Kameralar internetə qoşulacaq və dünyanın istənilən ölkəsində Azərbaycanda prezident seçkilərini izləmək mümkün olacaq. M.Pənahov qeyd edib ki, demokratik ölkələr üçün nümunə ola biləcək bu addım şəffaflıq, aşkarlıq baxımından böyük əhəmiyyət kəsb edəcək. Bu barədə Trend məlumat verir.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.