21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Kasperski Laboratoriyası”nın məlumatlarına görə aprel ayında spamın orta payı 83% təşkil edib. Ən az spam (79%) 20 apreldə, ən çox spam isə 18 apreldə qeydə alınmışdır. (89,8%).
Spamların yayılmasında yenidən ABŞ və Almaniya liderlik edir, lakin mart ayı ilə müqayisədə Amerika spamı 2,4% azalıb və 12,3% olmuşdur. Üçüncü yerdə Hindistan (11,7%), ondan sonra isə Vyetnam(11,6) ölkəsidir. “Kasperskiy Laboratoriyası”nda zənn edirlər ki, əgər bu ölkələrdən yayılan spamlar artmağa davam edərsə ABŞ-ı geridə qoya bilərlər. Sonrakı yerləri isə İtaliya (4,4%) və Rusiya (4,2%) tutur.
Apreldə zərərli fayl e-mailləri 1,24% təşkil edib, bu da ötən aya nisbətən 0,74% daha çox olub.
E-mail vasitəsilə ən çox yayılmış ziyanverici proqramların siyahısı:

Artıq birinci ay deyil ki, e-maildə ziyanverici proqramlar arasında Trojan-Spy.HTML.Fraud.gen. liderlik edir. Onun əsas funksiyası şəxsi qeydiyyat məlumatlarını toplamaqdır. Əvvəlki kimi Trojanların 45%-i Böyük Britaniyanın payına düşür. Trojan-Spy.HTML.Fraud.gen ziyanvericisi olan daha 11% elektron məktub ABŞ-da yayılmışdır.
Aprel ayının onluğunda bu yeddi ziyanverici əsasən saxta antiviruslardan ibarətdir: Trojan.Win32.Small.acdp, Trojan.Win32.Sasfis.akzx, Trojan-Downloader.Win32.Agent.dkld, Trojan-Dropper.Win32.Agent.bveu, Trojan.Win32.Sasfis.albj istifadəçinin komputerinə ziyanverici proqramlar yükləyirlər hansı ki, öz növbəsində onlar da komputerə saxta anti-viruslar yükləyirlər.
Onluğun 8-ci yerini Trojan-Dropper.Win32.Agent. “porno dropper” virusları tutur. Proqramı yükləyəndə pornoqrafik şəkillər açılır və komputerə digər ziyanverici proqramlar yükləyir.
Bundan başqa “Kaperski Laboratoriyası”tərəfindən müəyyən edilmiş saxta antiviruslar “təmiz” halda yayılmışdır. Belə ki, 24-cü yerdə olan Trojan.Win32.FakeAV.jo əsl antivirus şəklində yayılmışdır, guya ki, Microsoft kompaniyası tərəfindən Conficker’a (Kido) qurdunu təmizləmək üçün məsləhət görülüb.
Ümumiyyətlə yayılmış ziyanvericilərin 60%-i Trojan.Win32.FakeAV ailəsinə daxildir, Almaniya, Niderland, Fransa və Böyük Britaniya ABŞ, Yaponiya kimi ölkələrdən gəlir. Bu onunla izah edilir ki, inkişaf etmiş ölkələrdə komputerin təhlükəsizliyinə inkişaf etməkdə olan ölkələrdən daha çox diqqət yetirilir. İnkişaf etməkdə olan regionlarda komputer fırıldaqçılarına insanları aldadaraq saxta anti-virus yükləməyə inandırmaq daha asan olur..
E-mail vasitəsilə ən çox ziyanverici məktublar alan ölkələrin reytinqi aşağıdakı kimidir.

Göründüyü kimi liderlər sırasında inkişaf etmiş ölkələr yer tutur. “Kasperski Laboratoriyası”nın mütəxəssislərinin fikrincə səbəb odur ki, fırıldaqçılar üçün inkişaf etmiş ölkələrdəki istifadəçilərə hücum təşkil etməklə pul qazanmaq ehtimalı daha çoxdur. Çünki, demək olar ki, hər kəsin bank hesabı və kredit kartı var.