İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Microsoft-dan Azərbaycan internet istifadəçilərinə xəbər var

25.05.2009 [13:30]

Fontu böyüt:      

Artıq azərbaycanlı istifadəçilər Microsoft-un yeni əməliyyat sisteminin reliz-namizədini (Windows 7) birbaşa www.microsoft.az saytından yükləyə bilərlər.

Artıq azərbaycanlı istifadəçilər Microsoft-un yeni əməliyyat sisteminin reliz-namizədini  (Windows 7) birbaşa www.microsoft.az saytından yükləyə bilərlər.

Şirkətin yerli nümayəndəliyindən verilən xəbərə görə, reliz-namizəd • rəsmi relizdən əvvəl buraxılan son sınaq versiyasıdır. Bu dəfə Microsoft-un əməkdaşları hamının öyrəşdiyi ikinci beta-versiyanın buraxılmasından imtina etdilər: birinci beta-versiya Microsoft-un saytına 2009-cu ilin yanvar ayında yerləşdirildi, may ayında isə birbaşa reliz-namizəd ilə tamamlandı.

Xatırladaq ki, beta-versiya 2009-cu ilin 1 avqust tarixinədək, reliz-namizəd isə 2010-cu ilin 1 iyun tarixinədək işləyəcək. Bundan sonra isə istifadəçilər Windows 7 əməliyyat sisteminin altı variantından birini ala biləcəklər.

"Microsoft Azərbaycan" şirkətinin baş direktoru Teymur Axundov qeyd edir ki, Windows 7 reliz-namizədin yerli saytda mövcudluğu azərbaycanlı kompüter istifadəçilərinin Microsoft-un yeniliyi ilə tanışlığını daha asan edir. “Dünyanın başqa ölkələri kimi Azərbaycan da innovasiyalara qarşı çox tələbkardır. Biz nəinki məhsullarımızın keyfiyyətinin daim yaxşılaşdırılmasına can atırıq, həmçinin Azərbaycan bazarını həmin məhsullarla təmin edirik. Bizim saytımızda istifadəçilər Windows XP, Windows Vista və Microsoft Office 2007 üçün dil paketlərini yükləyə bilər; həmçinin Internet Explorer 8 ilə, hazırda isə Windows 7 reliz-namizədi ilə tanış ola bilər. Əminəm ki, təkmilləşdirilmiş xüsusiyyətlər sayəsində yeni əməliyyat sistemi istifadəçilər tərəfindən bəyəniləcək. Yeri gəlmişkən, yaxın gələcəkdə həmin sistem də Azərbaycan dilinə tərcümə olunacaq”, deyə Teymur Axundov qeyd edib.

İlk dəfə Windows 7 əməliyyat sistemi 2008-ci ilin 28 oktyabr tarixində keçirilən Microsft-un proqramçılarının konfransında nümayiş olunub. Yeni əməliyyat sistemi ən skeptik istifadəçiləri belə ilk dəqiqələrdən müsbət mənada təəccübləndirəcək: faylların ehtiyat kopiyasının yaradılmasını nəzərə almasaq sistemin kompüterə yüklənilməsi 15-30 dəqiqə vaxt aparır. Sürətli interfeys də Windows 7 əməliyyat sisteminin növbəti xoş xüsusiyyətidir. Xarici qurğuların tanınması sistemi də nəzərə çarpan dərəcədə təkmilləşdirilmişdir • hazırda drayverlərin əl ilə axtarılmasına və quraşdırılmasına ehtiyac yoxdur. Aero funksiyasının yeni parametrləri yaradılıb: Aero Snap, Aero Peek və Aero Shake. Onlar qeyri-aktiv pəncərələrə, bir neçə aktiv pəncərələrə baxma rejimini və bütün aktiv pəncələrin bağlanılma rejimini sadələşdirir. Internet Explorer proqramını silmək üçün imkan yaradılıb; Calculator, Paint və WordPad proqramlarının interfeysi dəyişdirilib.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar