Fontu böyüt:
Bu ilin sentyabrın 7-9-da Bakıda Regional Rabitə Birliyinin (RRB) Radiotezliklərin istifadəsinin tənzimlənməsi, radioelektron vasitələrinin elektromaqnit uzlaşması və TV-səs yayımı, peyk rabitəsi üzrə komissiyalarının birgə 29/35-ci iclası keçiriləcək.
Dövlət Radiotezliklər İdarəsindən verilən məlumata görə, tədbirin gündəliyinə zəmanət sənədlərinin hazırlanması barədə komissiyanın fəaliyyəti, MDB ölkələri üzrə tezlik bölünməsinin «Ümumi Cədvəli»nin hazırlanması barədə ekspert qrupunun işinin nəticələrinə baxılması, 29 MHs-dən yuxarı tezlik zolağında tezlik mənimsənilməsinin koordinasiyası üzrə zəmanətlər RRB ölkələrində rəqəmsal yayımın tətbiqinin gedişinin müzakirəsi, 2012-ci ildə Radiorabitənin Ümumdünya Konfransına RRB-nin hazırlığı barədə məsələlər daxildir.
Həmçinin iclasın iştirakçıları RRB ölkələrində peyk rabitəsinin inkişafının aktual istiqamətlərinin öyrənilməsi ilə bağlı və keçmiş SSRİ ərazisində uzun və orta dalğa diapazonunda sinxron səs yayımı şəbəkəsinin radiotezlik ehtiyatlarının bölünməsi məsələlərini müzakirə edəcək.
mənbə: APA