İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

01.08.2013 [10:39]

Fontu böyüt:      

İnformasiya cəmiyyəti (İC), informasiya texnologiyaları əsrində İC qurucusu olmaq istəyən abituriyentlər üçün yeni imkanlar açılır. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları
İnformasiya cəmiyyəti (İC), informasiya texnologiyaları əsrində İC qurucusu olmaq istəyən abituriyentlər üçün yeni imkanlar açılır. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamış gəncləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir.
 
İT Universitetini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan üstünlüklərə də malik olacaqlar.  Daha ətraflı burdan tanış ola bilərsiniz.
 
Nəzərdə tutulan üstünlüklərə görə, 600-dən  yuxarı bal toplamış hər bir abituriyentə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 1 "Notebook" hədiyyə ediləcək. İTU-nu seçənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı da qazanacaqlar. Universitetin məzunları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar.
 
Eyni zamanda universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək veriləcək.
 
Bundan başqa, müxtəlif həvəsləndirici mükafatlar  (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) da nəzərdə tutulur.
 
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universiteti (İTU) Azərbaycan Respublikası prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə  mütəxəssis hazırlığı həyata keçirəcək.
 
Bu ixtisaslara "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" daxildir. Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək.
 
Növbəti 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı  və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında (Ünvan:  AZ1008 Bakı şəh., Əhmədbəy Ağaoğlu küçəsi, 11 ("Gənclik" metrosunun yanı) aparılacaq.
(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar