Fontu böyüt:
Facebook milyonlarla istifadəçisini itirmək istəmir. Hətta ölənlər üçün yeni səhifə hazırlamağa başlayıb. Facebook bundan sonra vəfat edən istifadəçilərin profilinə, “Xatirələrimizdə” mənasını verən “Memorialise” yazısını yazacaq. İstifadəçinin xüsusi məlumatları da saytdan götürüləcək.
“Memorialise” yazısını isə yalnız yoldaşları görə biləcək və profil kənar üçün açıq olmağına baxmayaraq bağlı hala gətiriləcək. Digər insanların ana səhifəsində “Suggestions”, yəni “Təkliflər” hissəsində bu vəfat edən adamın adı çıxmayacaq.
Facebook ölən istifadəçinin yaxınlarından ölümünü sübut edən dəlil tələb edəcək. Bu dəlil bir ölüm elanı, ya da qəzetdə xəbər və ya elan da ola bilər. Əlaqədar profil bir dəfə “Memorialise” şəklinə keçiriləndən sonra, yalnız yoldaşları görə biləcək. Fərdi məlumatlar çıxarılacaq, lakin adamın divarına yazılar yazıla biləcək.