21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
İsveçrənin saat istehsalçısı TAG Heuer şirkəti Android əməliyyat sisteminin bazasında çalışan Racer smartfonunu təqdim edib.
Smartfona “yüksəksürətli prosessor” və “Android əməliyyat sisteminin ən yeni versiyası” quraşdırılıb. Lakin mütəxəssislərin fikrincə, smartfonun ekranının altında yerləşdırılmış 4 sensorluq düymələr Racer-in Android 2.3 əməliyyat sisteminin bazasında işlədiyini güman etməyə əsas verir. Belə ki, əməliyyat sisteminin yeni 4.0 versiyası düymələrsiz də istifadə oluna bilər.
Qeyd edək ki, şirkətin məlumatına əsasən smartfon satışa iyul ayında çıxarılacaq, qiyməti 2 800 avrodu. Racer TAG Heuer şirkətinin istehsal etdiyi ilk smartfon deyil. Şirkət 2011-ci ilin yayında qiyməti 4 700 avro olan Link Phone qurğusunu təqdim edib.
Xatırladaq ki, Android əməliyyat sisteminin əsasında işləyən ən bahalı qurğulardan biri, qiyməti 50 min ABŞ dollar olan Ulysse Nardin Chairman smartfonudu. Ulysse Nardin şirkəti də İsveçrənin saat istehsalçısıdı.
Samir