İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda ilk 3G lisenziyası təqdim edilib

01.12.2009 [18:07]

Fontu böyüt:      

3G xidmətlərinin tətbiqinə başlandıqdan sonra istifadəçilər səs ötürülməsi ilə yanaşı, video görüntü, yüksək sürətli mobil internet və məlumat ötürülməsi, e-poçt, mobil televiziya və s. xidmətlərdən yararlana biləcəklər.

Azərbaycanın üçüncü mobil rabitə operatoru “Azerfon” şirkəti 3G texnologiyası üzərindən yeni xidmətlər təqdim etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq lisenziyasını alıb.

Şirkətin baş direktoru Gido Helbix APA-ya bildirib ki, yaxın günlərdə şirkət ilk 3G xidmətlərin göstərilməsinə start verəcək. Xidmətlər 2.1 Ghz diapazonunda olan tezliklərdə göstəriləcək.

Qeyd edək ki, xidmətlər xüsusi olaraq tərtib edilmiş tarifikasiya planı üzrə təqdim ediləcək və ilkin məlumata görə, qiymətləri münasib olacaq. İstisna edilmir ki, “Azerfon” şirkəti ilk gündən təkcə Bakı və Abşeronda deyil, ölkənin regionlarında da 3G xidmətləri göstərəcək. Şirkət bu layihə üzərində uzun müddət ərzində işlədiyinə görə artıq Azərbaycanın bir çox regionlarında 3G baza stansiyaları quraşdırılıb.

3G xidmətlərinin tətbiqinə başlandıqdan sonra istifadəçilər səs ötürülməsi ilə yanaşı, video görüntü, yüksək sürətli mobil internet və məlumat ötürülməsi, e-poçt, mobil televiziya və s. xidmətlərdən yararlana biləcəklər.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və 1,5 mln. abunəçiyə xidmət göstərir. Bu ildən etibarən “Azerfon” “Vodafone PLC” şirkətinin qeyri-səhmdar tərəfdaşıdır.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar