İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda sosial internet ideyaları müsabiqəsi

23.06.2011 [12:12]

Fontu böyüt:      

Gələn ay Azərbaycanda “Sosial Yeniliklər Düşərgəsi” (SYD) adlı sosial internet ideyaları müsabiqəsi təşkil ediləcək.

Gələn ay Azərbaycanda “Sosial Yeniliklər Düşərgəsi” (SYD) adlı sosial internet ideyaları müsabiqəsi təşkil ediləcək. SYD-dan verilən məlumata görə, bu müsabiqənin məqsədi əhalinin sosial problemlərini həll edəcək və ya əhalinin sosial tələbatlarına cavab verəcək ən yaxşı internet əsaslı layihələri müəyyən etməkdir.

Sözügedən müsabiqə mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı tərəfindən həyata keçirilir. Təşkilatçıların məqsədi bu tipli internet ideyaları arasından ən yaxşılarını seçmək, eləcə də, qalib gəlmiş layihənin reallaşdırılması üçün konsaltinq xidmətini təşkil etməkdir.

SYD-yə yaş, cins və digər məhdudiyyətlər olmadan ideya sahibi və ya ideyaların reallaşmasında iştirak edən şəxs kimi qoşulmaq olar.

Düşərgə zamanı təşkilatçılar bu iki qrupdan olan şəxsləri (ideya müəlliflərini və bu ideyaların həyata keçirilməsinə yardım edəcək insanları) bir araya gətirərək onların göndərilmiş ideyalara müvafiq olaraq komandalarda işləməsini təmin edəcəklər. İki gün ərzində komandalar ideyalarını layihə şəklinə salacaqlar.

Sonda münsiflər tərəfindən ən çox dəstəklənən iki komanda layihələrini reallaşdırmaq üçün pul mükafatı alacaq. Müsabiqədə layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq və münsiflər heyətinin böyük hissəsi SYD üzrə əcnəbi mütəxəssislər olacaq.

Hazırda düşərgəyə ideya qəbulu və iştirakçı müraciətləri açıqdır və qeydiyyat üçün son tarix 2 iyuldur.

İdeya sahibi və ya iştirakçı kimi müraciət etmək, ideyalara verilən tələblərlə tanış olmaq, eləcə də tədbir haqqında daha ətraflı məlumat almaq üçün Sosial Yeniliklər Düşərgəsinin saytına daxil ola bilərsiniz: www.syd-az.net

Xatırladaq ki, Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz “Transitions” təşkilatı tərəfindən keçirilib.


Azərbaycanda sosial internet ideyaları müsabiqəsi
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar